Azər Xudayar oğlu XUDİYEV
Doğum tarixi – 4 mart 1975-ci il
Təhsil
1992-1997 – Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi fakültəsi, Azərbaycan Texniki Universiteti
1997-2001 – İnzibati idarəetmə fakültəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
2009-2011 – Beynəlxalq əlaqələr fakültəsi, Ukrayna Xarici İşlər Nazirliyinin nəzdində Ukraynanın Diplomatik Akademiyası
2011 (fevral-iyul) – Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə kursları, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası
2015 (may) – Qara Dəniz Bölgəsində Təhlükəsizlik Proqramı, Harvard Universiteti
2016 (may-iyun) – Qara Dəniz Bölgəsində Təhlükəsizlik Proqramı, Harvard Universiteti
2017 (may-iyun) – Qara Dəniz Bölgəsində Təhlükəsizlik Proqramı, Harvard Universiteti
Əmək fəaliyyəti
1996-1997 – Məsləhətçi, Qaçqınlar və məcburi köçkünlər şöbəsi, Azərbaycan Respublikası Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı
1997-1998 – Baş məsləhətçi, Ərazi idarəetmə şöbəsi, Azərbaycan Respublikası Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı
1998-1999 – Şöbə müdiri, Siyasi partiyalar və ictimai birliklərlə iş üzrə şöbə, Azərbaycan Respublikası Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı
2000-2003 – Üçüncü katib, Dövlət Protokolu idarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2003-2005 – İkinci katib, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin Moldova Respublikasındakı ofisinin rəhbəri
2005-2007 – Birinci katib, Birinci Ərazi idarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2007-2008 – Birinci katib, Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi
2008-2010 – Birinci katib, İkinci Ərazi idarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2010-2012 – Şöbə müdiri – İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş koordinatoru, İkinci Ərazi idarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2012-2016 – Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin müşaviri, Azərbaycan Respublikasının Sloveniya Respublikasında müvəqqəti işlər vəkili
2016 – sentyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir
2016 – oktyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi təyin edilmişdir
Xarici dillər – İngilis, rus, serb-xorvat
Ailə vəziyyəti – Evlidir, beş övladı var