2019-08-19
Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb

Ukraynanın paytaxtı Kiyev şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin kollektivi Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.

Azərbaycanın Ukraynadakı müşaviri Vüsal Süleymanov abidə önündə çıxış edərək bildirib ki, Ukraynada Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. O nəinki azərbaycanlıların, bütün dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, bu gün də sevilir, anılır. Səfirliyin dəstəyi və təşəbbüsü ilə yaradılan bu park artıq kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəninə çevrilib. Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

növbəti xəbər əvvəlki xəbər