İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Qısa tarixi məlumat

 Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992- ci ildə yaradılmışdır. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılmışdır.

Dövlətlərimizin münasibətlərinin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə və 22 may 2008-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir.

 Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, iki dövlət strateji tərəfdaşdır. Parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində əməkdaşlıq inkişaf edir.

 BMT, AŞ, QDİƏT, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna məsləhətləşmələr aparır və ənənəvi olaraq bir birinə qarşılıqlı dəstək verir. Eyni zamanda iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində fəal əməkdaşlıq edir.

Dövlət başçıları

1995-ci il 27-28 iyul Prezidenti Leonid Kuçmanın rəsmi səfəri

1997-ci il 24-25 mart - Prezident Heydər Əliyevin rəsmi səfəri

1998-ci il 7-8 sentyabr - Prezident Leonid Kuçmanın işgüzar səfəri

2000-ci il 16-17 mart - Prezidenti Leonid Kuçmanın rəsmi səfəri

2004-cü il 3-4 iyun - Prezident İlham Əliyevin rəsmi səfəri

2004-cü il 27-28 oktyabr - Prezident İlham Əliyevin işgüzar səfəri

2005-ci il 16 iyun - Prezident İlham Əliyevin işgüzar səfəri

2006-cı il 22-23 may - Prezident İlham Əliyevin işgüzar səfəri

2006-cı il 7-8 sentyabr - Prezident Viktor Yuşşenkonun rəsmi səfəri

2007-ci il 18-19 iyun - Prezident Viktor Yuşşenkonun işgüzar səfəri

2008- ci il 21-23 may - Prezident İlham Əliyevin rəsmi səfəri

2008-ci il 30 iyun-1 iyul - Prezident Viktor Yuşşenkonun işgüzar səfəri

2008-ci il 13-14 noyabr - Prezident Viktor Yuşşenkonun işgüzar səfəri

2009-ci il 9-10 aprel - Prezident Viktor Yuşşenkonun rəsmi səfəri

2010-cu il 10-11 iyul - Prezident İlham Əliyevin işgüzar səfəri

2010-cu il 28 oktyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

2011-ci il 28-29 aprel - Prezident Viktor Yanukoviçin rəsmi səfəri

2012-ci il 12 dekabr - Prezident Viktor Yanukoviçin işçi səfəri

2013-cü il 17-18 noyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

 

Hökumət başçıları

2006-cı il 26 dekabr - Baş Nazir Viktor Yanukoviçin işgüzar səfəri

2007-ci il 25 may - Baş Nazir Artur Rasi-zadənin işgüzar səfəri

2010-cu il 25 fevral - Baş Nazir Artur Rasi-zadənin işgüzar səfəri

2011-ci il 19 aprel - Baş Nazir Artur Rasi-zadənin işgüzar səfəri

2012-ci il 4 aprel - Baş nazir Nikolay Azarovun səfəri

 

Parlament sədrləri

2001-ci il 28 fevral 2 mart Ukrayna Ali Radasının sədri İvan Plyuşun rəsmi səfəri

2006-cı il 27 sentyabr - Milli Məclisin Sədri O.Əsədovun işgüzar səfəri

2012-ci il 18-19 aprel - Ali Radanın Sədri Vladimir Litvinin rəsmi səfəri

 

Xarici İşlər Nazirləri

1999-cu il 30 iyun 1 iyul - Naziri Boris Tarasyukun səfəri

2000-ci il 15-16 may Nazir Vilayət Quliyevin səfəri

2001-ci il 16-17 oktyabr Naziri Anatoli Zlenkonun səfəri

2004-cü il 14-16 oktyabr - Nazir Elmar Məmmədyarovun rəsmi səfəri

2005-ci il 18-19 may - Nazir Boris Tarasyukun rəsmi səfəri

2005-ci il 1-2 dekabr - Nazir Elmar Məmmədyarovun işgüzar səfəri

2010-cu il 19 iyul - Nazir Konstantin Qrişenkonun rəsmi səfəri

2011-ci il 23-24 fevral - Nazir Elmar Məmmədyarovun rəsmi səfəri

2011-ci il 25 avqust - Nazir Konstantin Qrişenkonun işgüzar səfəri

2012-ci il 10 oktyabr - Nazir E.Məmmədyarovun işgüzar səfəri

Parlamentlərarası əlaqələr

 Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə İşçi Qrup 1995-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Eldar İbrahimovdur. Ukrayna Ali Radasında Ukrayna-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi təyin olunması ilə deputat mandatından imtina etmişdir.  

İqtisadi əməkdaşlıq

 Azərbaycan Respublikası və Ukrayna arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya 17 iyul 1993-cü ildə yaradılmışdır. Koissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin birinci müavini Yaqub Eyyubov, Ukrayna tərəfdən həmsədr Ukrayna Baş nazirinin müavini Konstantin Qrişenkodur. Komissiyanın on iclası keçirilmişdir. Komissiyanın son 10-cu iclası 14 noyabr 2013-cü il tarixində Kiyevdə keçirilmişdir.

 Ukrayna Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından olmaqla ümumi ticarətin 5.7%-ni təşkil edir və sayca yeddinci yeri tutur. 

 

 Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış

sənədlərin siyahısı

1992

Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə. Kiyev, 9 dekabr 1992

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında 1993-cü il üçün ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş. Kiyev, 15 sentyabr 1992

 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ukrayna Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 21 Oktyabr 1992

 1993

 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 20 may 1993

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında 1993-cü il üçün ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişə Əlavə. Kiyev, 17 iyul 1993

 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında gömrük sənədlərinin qarşılıqlı tanınması və gömrük təminatı haqqında Saziş. Kiyev, 20 may 19937. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında gömrük qaydalarının pozulması və kontrabanda ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 20 may 1993

 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında sərnişinlərin tranzit yüklərin və baqajlarının qeydiyyatı haqqında əməkdaşlıq haqqında Saziş. Kiyev, 20 may 1993

 1995

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında 1995-ci il üçün ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 28 iyul 1995

 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidməti arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Saziş. Bakı, 28 iyul 1995

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 22 dekabr 1995

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında aviasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 22 dekabr 1995

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hava əlaqəsi haqqında Saziş. Bakı, 28 iyul 1995

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında təqaüd təminatı sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 28 iyul 1995

 Azərbaycan Respublikası və Ukrayna arasında neftqazçıxartma sahəsində əməkdaşlıq haqqında Protokol. Bakı, 28 iyul 1995

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında istehsalat kooperasiyası haqqında Saziş. Bakı, 28 iyul 1995

 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Protokol. Bakı, 28 iyul 1995

 Azərbaycan Respublikası və Ukrayna arasında səfirliklərin açılması haqqında Protokol. Bakı, 28 iyul 199520.Azərbaycan Respublikası Hökuməti və Ukrayna hökuməti arasında sərbəst ticarət haqqında Saziş. Bakı, 28 iyul 1995

 Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Ukrayna nümayəndə heyəti arasında danışıqların Protokolu. Bakı, 28 iyul 1995

 1997

Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası ilə Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair

Saziş. Kiyev, 24 mart 1997

Azərbaycan Respublikası ilə Ukrayna arasında Konsulluq Konvensiyası. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hərbi təhsil müəssisələrində hərbi kadrların hazırlanması haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 25 mart 1997

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Kiyev, 24 mart 1997

Azərbaycan Respublikası Ticarət-Sənaye Palatası və Ukrayna Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası ilə Ukrayna arasında neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında Memorandum. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ukrayna Səhiyyə Nazirliyi arasında təbabət və səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu və Ukrayna Təqaüd Fondu arasında təqaüdlərin qarşılıqlı köçürülməsi və ödənilməsi haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ukrayna Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Ukrayna Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997

 Azərbaycan Respublikası və Ukrayna arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə. Kiyev, 24 mart 1997

 1999

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikasının Ukraynada yerləşən Snejnyansk şərab zavoduna (Donetsk Vilayəti) mülkiyyət hüququnun və Ukraynanın Azərbaycan Respublikasında yerləşən “Tavriya” Bakı Xüsusiləşmiş avtomobil mərkəzinə mülkiyyət hüququnun tanınması haqqında Protokol. Kiyev, 30 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında dövlət sərhədlərinin qorunması məsələlərində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 1 iyul 1999

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ukrayna Dövlət Gömrük Xidməti arasında qarşılıqlı yardım göstərilməsi qaydaları haqqında Memorandum. Kiyev, 30 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya. Kiyev, 30 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında iqtisadi və maliyyə pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında ticarət gəmiçiliyi haqqında Saziş. Bakı, 1 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqəsi haqqında Saziş. Bakı, 1 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında  rabitə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının qarşılıqlı tanınması haqqında Saziş. Kiyev, 30 iyul 1999

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında əczaçılıq sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999

 2000

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş. Bakı, 16 mart 2000

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı və hərbi qulluqçuların dövlət məcburi şəxsi sığortası haqqında Saziş. Bakı, 16 mart 2000

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 19 may 2000

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 19 may 2000

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında geodeziya, kartoqrafiya və Yerin məsafədən zondla tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 19 may 2000

 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukraynanın Əmək və Sosial Siyasət Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 19 may 2000

 Azərbaycan Respublikasının Milli Bankı ilə Ukraynanın Milli Bankı arasında hesablaşmaların təşkili haqqında Saziş. Bakı, 16 mart 2000

 Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və  tərəfdaşlıq haqqında Müqavilə. Bakı, 16 mart 2000

 Azərbaycan Respublikası və Ukrayna arasında 2000-2009-cu illərdə iqtisadi əməkdaşlıq haqqında Müqavilə. Bakı, 16 mart 2000

 

2001

 Azərbaycan Respublikasının Milli Məclisi ilə Ukraynanın Ali Radası arasında əməkdaşlıq haqqında Saziş. Bakı, 2001

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 16 oktyabr 2001

 2002

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş. Kiyev, 14 fevral 2002

 Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Ukrayna Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 14 fevral 2002

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 14 fevral 2002

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Sazişə əlavə 1 saylı Protokol. Bakı, 29 avqust 2002

 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Ukraynanın Sənaye Siyasəti Nazirliyi arasında maşınqayırma kompleksi müəssisələrində ixtisaslaşmanın saxlanılması və istehsal-texniki təyinatlı məhsulların qarşılıqlı kooperasiya əsasında göndərilməsi haqqında Saziş. Kiyev, 14 fevral 2002

 Azərbaycan Dövlət Dəmir Yolu ilə Ukrayna Nəqliyyat Nazirliyi arasında dəmir yolu nəqliyyatı sahəsində istehsalat kooperasiyası və istehsalın ixtisaslaşdırılması haqqında Saziş. Kiyev, 14 fevral 2002

 Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Ukrayna Dövlət Vergi Administrasiyası arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 14 fevral 2002

 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Bakı, 15 iyul 2002

 Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 29 avqust 2002

 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Ukraynanın Tənzimləmə Siyasəti Məsələləri və Sahibkarlıq üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum. Bakı, 29 avqust 2002

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması

sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 29 avqust 2002

 

2004

 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidməti arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Sazişə Əlavə Protokol №2. Kiyev, 26 aprel 2004

 Mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı haqqında Protokol. Kiyev, 3 iyun 2004

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında sənayenin müdafiə sahələrinin müəssisə və təşkilatlarının istehsal və elmi-texniki kooperasiyası haqqında Saziş. Kiyev, 3 iyun 2004

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş. Kiyev, 3 iyun 2004

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hər iki ölkənin aviasiyasının uçuş və mühəndis-texniki heyətinin hazırlanmasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 3 iyun 2004

 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Ukraynanın Dövlət Gömrük Xidməti arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin,psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 3 iyun 2004

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında neftqaz maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında Saziş. Kiyev, 3 iyun 2004

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında neft sahəsində əməkdaşlığın prinsipləri haqqında Saziş. Kiyev, 3 iyun 2004

 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Ukraynanın Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, sentyabr 2004

 Azərbaycan Respublikası və Ukraynanın Birgə Bəyannaməsi. Kiyev, 3 iyun 2004

 Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkəti və Ukraynanın Milli Teleşirkəti arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 3 iyun 2004

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında Saziş. Kiyev, 26 aprel 2004

 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidməti arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol. Kiyev, 26 aprel 2004

 Azərbaycan Respublikasının “Azərbaycan Hava Yolları” Dövlət Konserni və Ukrayna Nəqliyyat Nazirliyinin Dövlət Aviasiya Nəqliyyatı Departamenti arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında  Protokol. Kiyev, 3 iyun 2004

 2006

“Azərbaycan Respublikası və Ukrayna arasında Birgə Bəyannamə”. Bakı, 7 sentyabr 2006

 “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş”. Bakı, 7 sentyabr 2006

 “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında ətraf təbii mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”. Bakı, 7 sentyabr 2006

 “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında diplomatik əməkdaşların hazırlanması haqqında Saziş”. Bakı, 7 sentyabr 2006

 “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Komitəsi arasında radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş”. Bakı, 7 sentyabr 2006

 “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Aqrar Siyasəti Nazirliyi arasında bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”. Bakı, 7 sentyabr 2006

 “Azərbaycan Dövlət Neft Şirkəti və “Naftoqaz Ukrainı” Milli Səhmdar  əmiyyəti arasında əməkdaşlıq prinsipləri haqqında Saziş”.Bakı, 7 sentyabr 2006

 2008

 Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə. Kiyev, 22 may 2008

 Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsi. Kiyev, 22 may 2008

 Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar və Ukraynanın Qiymətli Kağızlar və Fond bazarı üzrə Dövlət Komissiyası üzrə Dövlət Komitəsi arasında qarşılıqlı Anlaşma Memorandumu. Kiyev, 22 may 2008

 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında Protokol. Kiyev, 22 may 2008

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında informatizasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 22 may 2008

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında dövlət qulluğunun inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 22 may 2008

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Ukraynanın Ailə məsələləri, Gənclər və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahəsində 2008-2009-cu illər üçün əməkdaşlıq Proqramı. Kiyev, 22 may 2008

 2009

 Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında Çərçivə  Sazişi. Bakı, 9 aprel 2009

 Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair Saziş. Bakı, 9 aprel 2009

 24 mart 1997-ci il tarixdə Kiyev şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Sazişə dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Protokol. Bakı, 9 aprel 2009

 Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Birinci iclasının Protokolu. Bakı, 9 aprel 2009

 Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası arasında ticarət – iqtisadi, elmi – texniki və mədəni əməkdaşlıq haqqında Saziş. Bakı, 9 aprel 2009

 2009-2010-cu illərdə Azərbaycan-Ukrayna Əməkdaşlığının Tədbirlər Planı. Bakı, 9 aprel 2009

 Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2009-2010-cu illər üçün məsləhətləşmələr Planı. Bakı, 9 aprel 2009.

 2010

 Azərbaycan Respublikasının Prezidentinin və Ukraynanın Prezidentinin Birgə Bəyannaməsi. Kiyev, 28 oktyabr 2010.

 Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin Şurasının ikinci iclasının Protokolu. Kiyev, 28 oktyabr 2010.

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 28 oktyabr 2010.

 “Azərbaycan Televiziya və Radio verilişləri” qapalı səhmdar cəmiyyəti və Ukrayna Milli Teleşirkəti arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 28 oktyabr 2010.

 2011

 Ukraynanın təbii qazla təchiz olunması üzrə əməkdaşlıq barədə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında imzalanmış Memorandum. Davos, 28 yanvar 2011.

 2013

 Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasının Protokolu, Kiyev, 18 noyabr 2013-cü il

 Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş, Kiyev, 18 noyabr 2013-cü il

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı, Kiyev, 18 noyabr 2013-cü il

 Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş, Kiyev, 18 noyabr 2013-cü il

 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi, Kiyev, 18 noyabr 2013-cü il