Səfirin müraciəti

Əziz həmvətənlər,

Hörmətli dostlar,

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin internet səhifəsində Sizi səmimi qəlbdən salamlayıram. Bizim saytda ölkəmiz, zəngin mədəniyyətimiz, tariximiz, iqtisadi inkişafımız, Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlər, o cümlədən Səfirliyimizin fəaliyyəti haqqında ətraflı məlumatlar əldə edə bilərsiniz.

Azərbaycan və ukrayna xalqları arasında tarixən dost və qardaş münasibətlər mövcud olmuş, xalqlarımız tarixin ən çətin dövrlərində üzləşdiyi ağır günlərə birgə çiyin-çiyinə sinə gərmişlər. Hər iki xalq müstəqillik əldə etdikdən sonra tarixən təşəkkül tapmış əlaqələri yüksək səviyyədə davam etdirməyə nail olmuş, bu gün isə bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmışdır.

Ölkələrimiz arasında elmi, iqtisadi, mədəni əlaqələrin inkişafında hər iki ölkənin ictimaiyyəti fəallıq göstərir. Bu istiqamətdə Azərbaycanın Ukraynadakı, Ukraynanın Azərbaycandakı diplomatik missiyası bütün irəli sürülən təşəbbüslərə daim dəstək verir və verəcək, bu yolda səylərini əsirgəməyəcəkdir.    

Ümid edirik ki, Səfirliyimizin internet səhifəsi bizim məramımızın həyata keçməsinə dəstək olacaq, eyni zamanda Azərbaycan-Ukrayna münasibətləri ilə əlaqədar bütün növ dolğun və faydalı məlumatların çatdırılmasında, xidmətlərin göstərilməsində əvəzsiz rol oynayacaqdır.

Əziz dostlar,

Səfirliyimizin internet səhifəsindən istifadə etdiyiniz üçün Sizlərə təşəkkürümü bildirir və ümidvaram ki, səhifəmizdə yerləşdirilən məlumatlar Sizlər üçün maraqlı və yararlı olacaqdır.

Dərin hörmətlə,

Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri

Azər Xudiyev


bakushop