Konsulluq şöbəsi tərəfindən verilən sənədlər və sənədlərin alinma qaydalari

 Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verilən sənədlər və sənədlərin alınma qaydaları

  1. Məhkum olub olmaması haqqında arayış
     
  2. Ailə vəziyyəti haqqında arayış
     
  3. Vətənə qayıdış şəhadətnaməsi
     
  4. Uşaq şəklinin valideynlərdən birinin pasportuna əlavə edilməsi
     
  5. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin  müəyyən edilməsi
     
  6. Azərbaycan Respublikasının vətəndaşlığından imtina edilməsi
     
  7. Konsulluq uçotuna alınması
     
  8. Doğum haqqında şəhadətnamənin alınması
     
  9. Viza alınması

Məhkum olub olmamaq haqqında arayışın alınması üçün tələb olunan sənədlər

  1. Ərizə
     
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
     
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

  Ailə vəziyyəti haqqında arayışın alınması üçün tələb olunan sənədlər 

  1. Ərizə
     
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
     
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz 

Uşaqların şəklinin (18 yaşına çatmamış) valideynlərdən birinin ümumvətəndaş pasportuna əlavə edilməsi üçün tələb olunan sənədlər

  1. Valideynlərin pasportları - əsli
     
  2. Hər iki valideynin razılıq ərizəsi
     
  3. Uşağın fotoşəkili - 2 ədəd (3x4 sm)
     
  4. Uşağın doğum haqqında şəhadətnaməsi - əsli
     
  5. Nikah haqqında şəhadətnamə - əsli
     
  6. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz 

   

Vətənə qayıdış şəhadətnaməsinin alınması üçün tələb olunan sənədlər 

  1. Ərizə
     
  2. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd. (Yararsız vəziyyətə düşmüş və ya etibarlıq müddəti keçmiş Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi - əsli, Azərbaycan Respublikasının hərbi bileti - əsli, Azərbaycan Respublikasının etibarlı sürücülük vəsiqəsi - əsli, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu itirildiyi halda yerli dövlətin polis orqanında pasportun itirilməsini təsdiq edən arayış - əsli, Doğum haqqında şəhadətnamə tək sənəd olaraq təqdim edil bilməz )
     
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz 
     
  4. Fotoşəkil 2 ədəd (3x4 sm)

 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin  müəyyən edilməsi üçün tələb olunan sənədlər

  1. Sorğu vərəqi (Sorğu vərəqi)
     
  2. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
     
  3. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti.
     
  4. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri;
     
  5. Övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
     
  6. Şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
     
  7. Yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;
     
  8. Doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
     
  9. Pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
     
  10. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə);

Konsulluq uçotuna alınmaq üçün tələb olunan sənədlər

  1. Ərizə (Əlavə olunur)
     
  2. Ümumvətəndaş pasportu
     
  3. Yaşayış yerindən arayış
     
  4. Fotoşəkil - 2 ədəd (3x4 sm)

 

Doğum haqqında şəhadətnamənin alınması üçün tələb olunan sənədlər

  1. Valideynlərin ərizəsi
     
  2. Doğum yerindən arayış - əsli (Uşağın doğum tarixindən bir aydan artıq vaxt keçməmək şərti ilə)
     
  3. Nikah haqqında şəhadətnamə - əsli

 

Azərbaycan Respublikasının vətəndaşlığında imtina edilməsi üçün tələb olunan sənədlər 

  1. Azərbaycan Respublikası Prezidentinin adına Ərizə-Anket (Əlavə olunur)
     
  2. Azərbaycan Respublikasındakı daimi yaşayış ünvanındakı qeydiyyatdan çıxması haqqında arayış
     
  3. Ukraynanın dövlət orqanlarından möhlət məktubu.
     
  4. Pasport və doğum haqqında şəhadətnamənin surəti (3 nüsxədə)
     
  5. Hərbi bilet və nikah haqqında şəhadətnamənin surəti (3 nüsxədə)
     
  6. Fotoşəkil - 6 ədəd (3x4 sm)
     
  7. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (400 ABŞ dolları)
     
  8. Yaşayış yerindən ailə vəziyyəti haqqında arayış
     
  9. Əmək kitabçasının surəti (3 nüsxədə)
     
  10. Yetkinlik yaşına çatmamış uşaqlar üçün ata və ana tərəfində notariat qaydada təsdiq edilmiş razılıq.

 

Vizanın alınması üçün tələb olunan sənədlər

  1. Ərizə-Anket (Əlavə olunur)
     
  2. Fotoşəkil 2 ədəd (3x4 sm)
     
  3. Pasport
     
  4. Vizanın rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq idarəsindən dəvət məktubu.
     
  5. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

 

QEYD: Ukraynada akkreditə olunmuş Səfirliklərin diplomatları və xidməti

             əməkdaşları üçün tələb olunan sənədlər:

  1. Ərizə - Anket(Əlavə olunur)
     
  2. Diplomatik və ya xidməti pasport
     
  3. Verbal nota
      
  4. Akkreditasiya kartı
     
  5. Fotoşəkil - 2 ədəd (3x4 sm)
bakushop