Ümumvətəndaş pasportunun verilməsi üçün sənədlər

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

Bildirmək istərdik ki, Azərbaycan Respublikasında biometrik pasportların rəsmiləşdirilməsinə keçidlə əlaqədar hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli, əl-barmaq izi verməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir. 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

1)    ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket; (anket forması buradan yüklənilə bilər) Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafalardakı suallara tam cavab verin və Şəxsi imzası qrafasının altında və 17 saylı qrafada  imza edin. (Şəxsən sənədləri Səfirliyə təqdim edəcəyiniz üçün imzanızın notarial qaydada təsdiqinə ehtiyac yoxdur)

2)      2 ədəd 3x4 ölçüdə fotoşəkil;

3)      vətəndaşın etibarlı şəxsiyyət vəsiqəsinin əsli;

4)  doğum haqqında şəhadətnamə və ya onun notarial qaydada təsdiq olunmuş surəti;

5)      55 ABŞ dolları dövlət rüsumunun Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz (Dövlət rüsumu haqqında Qanun, maddə 16.1.2);

Bank: PUMB (Первый Украинский Международный Банк)

EDERPOU kodu: 000000000

MFO kodu: 334851

Debit hesab: 26007962497652

6)      Aşağıdakı linkə daxil olaraq 40 manat məbləğində dövlət rüsumunu və ümumvətəndaş pasportu itirildiyi və ya qəsdən korlandığı hallarda 30 manat məbləğində cəriməni Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bank hesabına ödəyə bilərsiniz. (Dövlət rüsumu haqqında Qanun, maddə 14.1.1.4) İnzibati Xətalar Məcəlləsi, Maddə 331))

 https://gpp.az/az

Əgər dövlət rüsumu Azərbaycan Respublikasında yaşayan qohumlarınız tərəfindən ödəniləcəksə, yuxarıda qeyd edilən rüsum və cərimələr Bakıda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kassasında ödənilməlidir.

bakushop