Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmaları üçün sənədlər

 “Yaşayış  yeri  və  olduğu  yer  üzrə  qeydiyyat  haqqında”  Azərbaycan  Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 mart 2013-cü il tarixli 583 nömrəli Fərmanına uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması 2013-cü ilin aprel ayının 1-dən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

 Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbi Dövlət Miqrasiya Xidmətinə və onun tabeliyində olan regional idarələrə gəlmədən elektron formada sənədlərini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən yaradılmış bölməyə (qeydiyyat@migration.gov.az) göndərməklə, yaxud özü birbaşa Dövlət Miqrasiya Xidmətinə və ya onun regional idarələrinə gəlməklə, həmçinin, yaşadığı ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaqla müvafiq ərizə-anketi (6 saylı əlavə məktuba əlavə olunur) doldurmaqla və şəxsiyyətinin təsdiq edən sənədin surətini təqdim etməklə qeydiyyata alınır. Beləliklə, qeydiyyata alınmaları ilə bağlı məlumat almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyata alınmış hesab ediləcəklər.

  Əcnəbilər aşağıdakı müddətlərə qeydiyyata alınır:

  • viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
     
  • viza tələb olunmayan qaydada gələnlər – 90 gün müddətinə.

 Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmaları üçün aşağıdakı sənədlər tələb olunur:

  • Əcnəbinin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket
     
  • Əcnəbinin ölkə ərazisinə daxil olduğu pasportunun və ya onu əvəz edən sənədinin, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

 

                                                         Azərbaycan Respublikasının  2013-cü  il 5

                                                         mart tarixli 583-IVQD nömrəli Qanunu ilə

                                               təsdiq edilmişdir.

              “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”

        Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında  Əsasnamə”yə

        6  saylı  Əlavə

 

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata

Alınması haqqında

 

ƏRİZƏ-ANKET

Aşağıdakı  məlumatları  nəzərə  alaraq,  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  olduğu  yer  üzrə  qeydiyyata  alınmasını  xahiş  edirəm:

1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs haqqında məlumatlar:

1.1. soyadı

1.2. adı

1.3. atasının adı

1.4. doğulduğu tarix (gün, ay, il)

1.5. cinsi

1.6. hansı ölkədən gəlmişdir

1.7. vətəndaşlıq mənsubiyyəti              

1.8. pasportun nömrəsi və etibarlıq müddəti

1.9. daimi yaşadığı ölkə

1.10. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu tarix  (gün, ay, il)

1.11. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə müvəqqəti olma müddəti

1.11.1. Viza əsasında:

 

vizanın etibarlılıq müddəti –   

vizadakı qalma müddəti –

 

1.11.2. Viza tələb olunmayan

 

qaydada:

ölkədə qalacağı müddət –

 

 

2. Qəbul edən hüquqi və ya fiziki şəxs haqqında məlumatlar:

 

2.1. hüquqi şəxs olduqda – hüquqi şəxsin adı, təşkilati-hüquqi forması,

hüquqi ünvanı

 

 

2.2. fiziki şəxs olduqda – soyadı, adı və atasının adı, ünvanı, şəxsiyyətini təsdiq

edən sənəd haqqında məlumatlar (seriya, nömrə)

3. Qəbul edən tərəfin imzası

4. Qəbul edən tərəfin telefon nömrəsi

5. Ərizənin verildiyi tarix