2015-11-14
Ukraynada Azərbaycanlı Gənclər Birliyində Azərbaycanlı Gənclərin Dostları günü keçirilib

13 noyabr 2015-ci il tarixində “Ukraynada Azərbaycanlı Gənclər Birliyi” ictimai təşkilatının ofisində Azərbaycanlı gənclərin dostları günü keçirilib.

Təşkilatın Kiyevdə yerləşən ofisində gənc fəallar və onların dostları ilə yanaşı Azərbaycan Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev və Azərbaycan səfirliyinin diplomatları, “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” və “Ukrayna Millətlər Assambleyası” təşkilatlarının sədri Rövşən Tağıyev, Azərbaycan diasporunun üzvü Akif Gülməmmədov, Azərbaycan aktyoru və aparıcısı Tural Əsədov, Ukrayna itimaiyyətinin tanınmış üzvləri müğənnilər Anna və Mariya Opanasyuk, Krımın əməkdar artisti Lenara Osmanova, gənc şairə Anastasiya Dmitruk, “Qolos” musiqi yarışmasının finalçıları Emin Səmədli, Andrey Luçanko, Yana Kovalyova, Andrey Pantyux, Dmitri İvaşenko və digər qonaqlar toplaşıb.

Tədbiri giriş sözü ilə açan UAGB-nin sədri İlhamə Allahverdiyeva təşkilatın gördüyü işlərdən, gələcək planlardan danışıb, Azərbaycan gənclərinə verilən dəstəyə görə Azərbaycan dövlətinə, dostlara və tərəfdaşlara minnətdarlığını yetirib. Müvəqqəti işlər vəkili Nazim Əliyev birliyin gördüyü müstəsna işləri qeyd edib, Azərbaycanlı gənclərə gələcək işlərində uğurlar arzulayıb. Daha sonra çıxış edən Rövşən Tağıyev və Akif Gülməmmədov da Azərbaycan və Ukrayna xalqaları arasında qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfəyə görə gənclərə təşəkkür ediblər. 

Sonra tədbir iştirakçıları gənc istedadların ifasında Azərbaycan, Ukrayna və əcnəbi musiqi nümunələrinə qulaq asıb, söhbət edib və Azərbaycan mətbəxinin təamlarını dadıbla

növbəti xəbər əvvəlki xəbər