2016-10-18
Ukrayna Milli İnformasiya Agentliyinin (“Ukrinform”) saytında “Azərbaycan: demokratiya, tərəqqi və firavanlıq yollarında” sərlövhəli material dərc olunub.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş bu məqalədə müəllif bu əlamətdar hadisənin tarixindən söhbət açaraq vurğulayır ki, 25 il bundan əvvəl məhz oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib, bu sənəd Azərbaycan xalqının hələ 1918-ci ilin mayında elan etdiyi Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün hüquqi əsas olub. Konstitusiya Aktının preambulunda xüsusi vurğulanır ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir.

Müəllif məqalədə qeyd edir  ki, bu tarixi hadisədən 25 il keçib. Bu gün Azərbaycan bu əlamətdar yubileyi güclü iqtisadiyyata və yüksək siyasi nüfuza malik olan, sabitliyin hökm sürdüyü bir ölkədir.

Məqalənin tam mətni ilə “Ukrinform”un resursunda tanış ola bilərsiniz:

 http://www.ukrinform.ru/rubric-lastnews/2105114-azerbajdzan-prodvizenie-po-puti-demokratii-progressa-i-procvetania.html

növbəti xəbər əvvəlki xəbər