2016-12-17
Ukraynanın Nikolayev şəhərində Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş konsert keçirilib.
Nikolayev Vilayət Birləşmiş Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə qarşıdan gələn 31 dekabr Dünya Azrbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib.Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev,Ukrayna Millətlər Assambleyasının sıdri Rövşən Tağıyev,Nikolayev şəhər meriyasının rəsmi nümayəndələri və Azərbaycan diasporunun fəalları iştirak ediblər.Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək ,əsirlər boyu dünyanın müxtəlif ölkələrinə səpələnmiş dünya Azərbaycanlılarının vahid dövlətçilik məvkurəsi ətrafında birlışməsində ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Son illər prezident ilham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və bölgədə həyata keçirilən qlobal sosial -iqtisadi layihələr haqqında ətraflı məlumat verən səfir,tədbirə qatılanları yeni il və dünaya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edib.
Tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri,Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev ,Nikolayev Vilayət Birləşmiş Azərbaycanlıları Konqresinin sədri Yunus Əliyev və digər şəxslər çıxış edərək,təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycanlılarının həmrəylik gününün dünyanın müxtəlik ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın milli məvkurə bayramına çevrildiyini bildiriblər.
Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən bəhs edən natiqlər, qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə dost Azərbaycan və Ukrayna xalqlarına sülh və əminamanlıq arzulayıblar.
Nikolayev vilayətində yaşayan soydaşlarımızın birlik və həmrəylik təntənəsinə çevrilən bayram konsertində Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərliyi ilə rəngarəng konsert proqramı nümayiş etdirilib.
Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Nikolayev şəhərinin meri Aleksandr Sankeviçlə görüşüb.Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan şəhər meri ,Ukraynanın inkişaf etmiş aqrar sənaye bölgələrindən olan Nikolayevlə Azərbaycanın müvafiq bölgələri arasında iqdisadi,ticari,elmi,mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb .O, Nikolayevdəki Azərbaycan disporunun rəhbəri Yunus Əliyevin şəhərinin ictimai ,mədəni həyatında fəal iştirak etdiyini qeyd edib. Vilayətin sosial iqtisadi tədbirlərinə daima dəstək verən gənc Azərbaycanlı iş adamı Anar Axundovun merin müşaviri təyin olunduğunu diqqətə çatdırıb.
Nikolayev şəhər rəhbərliyinə Azərbaycanın sosial iqtisadi inkişaf strategiyası haqqında məlumat verən səfir Azər Xudiyev ölkəmizdə kənd təsərrüfatı və aqrosənaye komplekslərinin inkişafına ayrılan xüsusi diqqətdən bəhs edib .Bu sahədə Nikolayev vilayətində fəaliyyət göstərən aqrosənaye kompleksləri və sənaye müəssisələri ilə Azərbaycanın anoloji qurumları arasında faydalı əməşdaşlığın qurulmasının vacibliyini bildirib. Ölkəmizdə səmərəli investisiya mühütündən bəhs edən səfir Azər Xudiyev Azərbaycanla işbirliyinə maraq göstərən ukraynalı iş adamlarına istənilən dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Səfir Azər Xudiyev Nikolayevə səfəri çərçivəsində bu vilayətdə fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları ilə görüşüb.Soydaşlarımızın qayğı və problemləri ilə maraqlanıb.Səfirlik olaraq onlara istənilən vaxt yardımçı olmağa hazır olduğunu qeyd edib.Sonra tədbir iştirakçıları Nikolayev vilayətinin Berezanski rayonunda Taqanroq Azərbaycan dviziyasının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib ,qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Abidənin önünə tər çiçəklər qoyublar . Səfir Azər Xudiyevə abidə Kompleksi haqqında ətraflı məlumat verən Berezanski veteranlar birliyinin sədri Nikolay Nikolayeviç, Qafqazdan tutmuş Berlinə qədər rəşadətli döyüş yolu keçmiş Azərbaycan Taqanroq dviziyasının qəhrəmanlıq səlnaməsindən bəhs edib.Vaxtilə qəhrəman divizyanın qərərgahı yerləşən yerdə Onların xatirəsinə möhtəşəm abidə Kompleksinin ucaldılmasına maliyyə təstəyi ayıran Azərbaycan diasporunun rəhbəri Yunus Əliyevə minnətdarlığını bildirib.Anım mərasimində səfir Azər Xudiyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev abidə kompleksinin önünə 2 ağac əkməklə ,qəhrəman Azərbaycan oğullarının xatirəsinə dərin ehtiramlarını bildiriblər.
növbəti xəbər əvvəlki xəbər
bakushop