2016-12-19
Ukraynanın Jitomir Vilayəti Azərbaycanla iqtisadi,ticari,elmi,mədəni əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərir
Ukraynanın Jitomir Vilayəti Azərbaycanla iqtisadi,ticari,elmi,mədəni əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərir.Bu fikri Azərbaycanın Ukraynadakı səfiri ilə görüşü zamanı Jitomir Vilayətinin qubernatoru İqor Qundiç vurğulayıb.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Jitomir şəhərində işgüzar səfərdə olub.Səfər çərçivəsində Jitomir Vilayətinin qubernatoru İqor Qundiçlə görüşən A. Xudiyev Azərbaycanla jitomir vilayəti arasında regional iqtisadi ticari,elmi mədəni əlaqələrin dahada inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparıb.Jitomir vilayətinin sosial iqtisadi göstəriciləri haqqda səfirə məlumat verən qubernator İqor Qundiç,Jitomir vilayətində müxtəlif çeşidli mərmər daşlarının,və ağac məhsullarının istehsal olunduğunu bildirib.Bu istiqamətdə Azərbaycanın əsas alıcı ölkələrdən biri olduğunu nəzərə çatdıran qubernator, ölkəmizlə iqtisadi,ticari,elmi mədəni,əlaqələrin qurulmasına xüsusi maraq göstərdiklərini vurğulayıb..Qeyd edibki,Jitomir vilayəti Ukraynanın zəngin aqrar bölgələrindən biridir.Vilayətin aqrosənaye komplekslərində istehsal olunan süd və ət məhsulları Ukrayna ilə yanaşı bir sıra avropa ölkələrinə ekstort olunur. Qubernator bu sahədə Azərbaycanla müştərək müəssisələrin qurulmasının vacibliyini bildirib.Ölkəmizdə bir çox sahələrlə yanaşı aqrar sektorun inkişafına xüsusi diqqət göstərildiyini bildirən səfir Azər Xudiyev ,Azərbaycanda səmərəli investisiya mühütündən söz açıb Və bu sahəyə maraq göstərən Jitomirli iş adamlarına ölkəmizlə istənilən iş birliyinin qurulmasına dəstək verməyə hazır olduğunu vurğulayıb. 
Sonra səfir Azər Xudiyev Jitomir Azərbaycanlıları Konqresinin qarışıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə bağlı təşkil etdiyi bayram şənliyində iştirak edib.Tədbirə qatılanları qarşıdan gələn hər iki bayram münasibəti ilə təbrik edib.Jitomir vilayət rəsmilərinin və parlament təmsilçilərinin iştirak etdiyi tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Jitomir Azərbaycanlıları Konqresinin sədri İlqar Məmmədov çıxış edərək Azərbaycanla Ukrayna xalqlarının tarixi dostluq əlaqələrindən söz açıblar. Hər iki dost ölkəyə sülh və əminamanlıq arzulayıblar.Tədbirə qatılanlar həmçinin Jitomir şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar.Jitomirdəki Azərbaycan diasporunun rəhbəri İlqar Məmmədov Mərkəzin həyata keçirtdiyi tədbirlər haqqında qonaqlara ətraflı məlumat verir.

növbəti xəbər əvvəlki xəbər
bakushop