2016-12-22
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayətinə səfəri cərcivəsində Azərbaycanın Xarkovdakı fəxri Konsulluğunda "Azərbaycan Ukrayna münasibətlərində iqtisadi ticari münasibətlərin inkişaf strategiyası" mövzuisunda dəyirmi masa-konfrans keçirilib.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayətinə səfəri cərcivəsində Azərbaycanın Xarkovdakı fəxri Konsulluğunda "Azərbaycan Ukrayna münasibətlərində iqtisadi ticari münasibətlərin inkişaf strategiyası" mövzuisunda dəyirmi masa-konfrans keçirilib.Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayəti dövlət adminstrasiyasi aparatinin rəhbəri Anatoliy Babiçev, Sumı vilayətinin qubernatoru Mikola Klocko,Ukrayna parlamentinin deputatı Oleq Medunitsa,Ukrayna Dövlət Dəmiryolu Universitetinin rektoru Serqey Pançenko, Azərbaycan Milli Məclisinin deputatı MirKazım Kazımov,milli məclisin keçmiş deputatı Elton Məmmədov, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev iştirak ediblər. Konfransda çıxış edənlər Azərbaycanla Ukrayna arasında mövcud olan iqtisadi,ticari,elmi,texniki əlaqələrin gələcək perespektivlərini müzkirə ediblər.Son 2-3 ildə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukraynanın bir sıra regionları arasında qurulmuş əməkdaşlığın səmərəli nəticələrindən söz açıblar. Bu istiqamətdə Azərbaycanla Xarkov vilayətinin bir sıra sənaye müəssisələri arasında əməkdaşlığa dair müqavilələrin imzalanması təqdirəlayiq hal kimi dəyərləndirilib.

növbəti xəbər əvvəlki xəbər