2016-12-23
Azərbaycnın Ukraynadkı səfiri Azər Xudiyev Xarkov vilayətinə səfəri çərçivəsində Xarkov şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli bayram konsertində iştirak edib
Azərbaycnın Ukraynadkı səfiri Azər Xudiyev Xarkov vilayətinə səfəri çərçivəsində Xarkov şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli bayram konsertində iştirak edib 
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə kecirilən bayram tədbirində Sumı Vilayətinin qubernatoru Nikolay Kluçko, Xarkov Vilayət admnistrasiyasının aparat rəhbəri Anatoli Babiçev,Azərbaycan və Ukrayna parlamentinin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri ,diaspora və media təmsilçiləri iştirak edib.Azərbacan və Ukraynanın dövlət himnlərinin sədaları ilə başlanan tədbirdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək,müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya Azərbaycanlılarının milli məvkurə ətrafında birləşməsində ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.Fəxri konsul Azərbaycanla Ukrayna arasındakı iqtisadi,siyasi,elmi,mədəni əlaqələrin inkişaf dinamikasından söz açaraq ,hər iki dövlət başçısının qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını diqqətə çatdırıb. Tədbirə qatılanları qarşıdan gələn dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev qeyd edibki, ümummilli liderimiz Heydər Əliyev 25 il bundan öncə dünya azərbaycanlılarının həmrəylik gününü tarixə salmaqla,dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızı sözün əsl mənasında milli azərbaycançılıq ideologiyası ətrafında birləşdirib. Dahi öndərin bu siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən səfir,son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini ,xalqımızın öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini diqqətə çatdırıb. Ermənistanın ölkəmizə qarşı həyata keçirtdiyi işğalçılq siyasətindən bəhs edən diplomat, günü-gündən hərbi,iqtisadi qüdrətini artıran dövlətimizin istənilən vaxt işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə qadir olduğunu vurğulayıb.
Tədbirdə Sumı vilayətinin qubernatoru Nikolay Kluçko,Xarkov Vilayət admnistrasiyası aparatının rəhbəri Anatoli Babiçev,Ukrayna ali radasının deputatı Oleq Medunitsa, Azərbaycan Milli Məclisinin üzvü Mirkazım Kazımov, milli məclisin keçmiş deputatı Elton Məmmədov və digər rəsmi şəxslər çıxış edərək ,son illər Azərbaycanla Ukrayna arasında regional iqtisadi,ticari əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın Xarkov şəhərində fəxri konsulluğunun səmərəli fəaliyyətindən söz açıblar. Qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə dost Azərbaycan və Ukrayna xalqlarına xoş və səmimi bayram təbriklərini çatdırıblar. Xarkov vilayətlərdə yaşayan soydaşlarımızın birlik və həmrəylik təntənəsinə çevrilən bayram konsertində Ukraynanın Xalq artistləri, Qurban Abbasovun,Yuri Rıbçınskinin,Pavel Zibrov və digər tanınmış sənət ustalarının ifasında maraqlı konsert proqramı nümayiş etdirilib.Taninmış səhnə ulduzlarının şən və həzin mahnıları tədbirə qatılanlara əsl bayram ovqatı bəxş edib.

növbəti xəbər əvvəlki xəbər