2017-03-01
Xocalı qurbanlarının xatirəsi Ukrayna Regionlararası Heyyətin İdarə Olunması Akademiyasında yad olunub
Xocalı qurbanlarının xatirəsi Ukrayna Regionlararası Heyyətin İdarə Olunması Akademiyasında yad olunub
Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Regionlararası Heyyətin İdarə Olunması Akademiyasının və Kiyev Azərbaycanlıları Konqresinin taşkilatçılığı ilə keçirilən anım mərasimində,diplomatlar,diaspora fəalları,akademiyanın tələbələri və professor heyəti iştirak edib. Mərasim iştirakçıları ilk öncə Akademiyanın nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Sosial Elmlər İnsitutuna gələrək Ulu Öndərin büstü önünə tər çiçəklər qoymuşlar.
Sonra Akademiyanın böyük zalında “ Daşnaqlar Ferqanədən Qarabaga qədər ” sənədli filmi nümayiş etdirilmişdir. Filmdə ermənilərin son iki əsrdə tək Azərbaycana qarşı deyil,ümumilikdə bütün türk dünyasına qarşı apardıqları təxribat və terror hadisələri tarixi faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırılıb.Filmdə həmçinin ermənistanın indiki cinayətkar hakimiyyətinin 25 il bundan öncə Xocalı şəhərində dinc əhaliyə,uşaqlara və qadınlara qarşı törətdikləri işgəncə və qəddarlıqları nümayiş etdirilib
Tədbirdə Ukrayna Regionlararası Heyyətin İdarə Olunması Akademiyasının rektoru Nikolay Kurko çıxış edərək,ermənilərin Xocalıda törətdiyi vəhşilikləri 20-ci əsrin ən amansız soyqırım siyasəti adlandırıb.Azərbaycanın Ukraynadakı səfirinin müşaviri Elman Bağırov və Kiyev Azərbaycanlıları Konqresinin sədr müavini Seyiq Qədiməliyev Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək,indiyədək dünya birliyinin bu qandonduran faciəyə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndiriblər.

növbəti xəbər əvvəlki xəbər