2017-03-17
Azərbaycanın Ukrayndakı səfiri Azər Xudiyev və Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki Şahin Qocayev Ukrayna Milli Polisinin rəhbəri,polis generalı Sergey Knyazevlə görüşüblər
Ukrayna Milli Polisinin rəhbəri ötən illər azərbaycanlılara qarşı törədilmiş cinayətlərin xüsusi nəzarətə götürüləcəyini bildirib. 
Azərbaycanın Ukrayndakı səfiri Azər Xudiyev və Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki Şahin Qocayev Ukrayna Milli Polisinin rəhbəri,polis generalı Sergey Knyazevlə görüşüblər.Görüş zamanı Azərbaycanla Ukrayna arasında daxili işlər və hüquq mühafizə orqanları arasındakı əməkdaşlığın perespektivləri geniş müzakirə obyekti olub.General Knyazevi Ukrayna Milli polisinin rəhbəri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edən səfir Azər Xudiyev, son illər Azərbaycanda məhkəmə və hüquq mühafizə orqanları sahəsində aparılmış islahatlardan,cinayətkarlığa və beynəlxalq terrorizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən söz açıb.Bu sahədə ölkələrimiz arasında mövcud olan əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfir,yeni təyinatı münasibəti ilə Sergey Knyazevə Azərbaycan Daxili İşlər Nazirliyinin təbrik məktubunu çatdırıb .Onun DİN-yi tərəfindən ölkəmizə səfərə dəvət olunduğunu bildirib.
Azərbaycan Daxili işlər nazirliyinin Ukraynadakı nümayəndəsi Ş.Qocayev S.Knyazevə son illər Ukraynada Azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayət faktları haqqda məlumat verib.Bununla bağlı heç bir cinayət hadisəsəinin üstünün açılmadığını diqqətə çatdırıb. Azərbaycanın DİN-yi ilə hərtərəfli əməkdaşlığa xüsusi maraq göstərdiklərini bildirən polis generalı S.Knyazev,ölkəmizə dəvət olunduğuna görə minnətdarlığını bildirib və bu dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini vurğulayıb. İkitərəfli əməkdaşlığın gələcək perespektivlərindən bəhs edən general,son illər Ukraynada Azərbaycanlılara qarşı törödilmiş cinayət hadisələrinin araşdırılmasını və bununla bağlı qaldırılmış cinayət işinin xüsusi nəzarətə götürüləcəyini bildirib.
növbəti xəbər əvvəlki xəbər
bakushop