2017-03-22
Novruz bayramı Kiyev Meriyasının binasında qeyd edilib
Kiyev meriyasının binasında Azərbaycan ,Türkiyə ,Özbəkistan,Qazaxıstan, Türkmənistan,Tacikistan, iraq və Qırğızıstanın Ukraynadakı səfirliklərinin birgə təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş sərgi və konserti keçirilib 
Ukraynanın dövlət və hökumət rəsmilərinin ,diplomatık korpus nümayəndələrinin qatıldığı bayram tədbirində Azərbaycanın Ukraynandakı səfirliyinin müşaviri Elman Bağırov,Türkmənistanın Ukraynadakı səfiri Nurberdi Amanmuradov,Türkiyənin baş elçisi Yönet Can Tezel ve digər ölkələrin səfirləri çıxış edərək vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının beynəlxalq səviyyədə qeyd olunmasının tarixi əhəmiyyətindən danışıblar.3 min ildən çox tarixi olan belə bir füsünkar bayramın dünayada sülhün və əminamanlığın ,həmrəyliyin və birliyin rəmzinə çevrildiyini vurğulayıblar. 
Bayram tədbirində Ukraynada fəaliyyət göstərən Azərbaycan, Türk,Özbək,İraq,Qırğız,Kazax, və digər xalqların milli rəqs və mahnı ansanbllarının ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib.3 saat davam edən bayram şənliyində tədbirə qatılan səfirliklər təmsil olunduqları xalqların novruz adət,ənənələrini ozündə əks etdirən sərgi nümayiş etdiriblər.Qədim və zəngin çalarları ilə böyük maraq kəsb edən bayram şənliyi tədbirə qatılanlara xoş və yadda qalan anlar yaşatdırıb.
növbəti xəbər əvvəlki xəbər
bakushop