2017-07-17
Ukraynanın böyük şəhərlərindən biri olan Dneprin mərkəzində “Azərbaycan” parkının açılması məsələsi müzakirə edilib.

Bu təkliflə Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatov Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə görüşündə çıxış edib.

B.Filatov bildirib ki, şəhərin mərkəzindəki gözəl istirahət guşələrindən birinə “Azərbaycan” adının verilməsi və orada Azərbaycanın tanınmış mütəfəkkirlərindən birinin heykəlinin ucaldılmasına hər cür dəstək göstərməyə hazırdır.

Səfir Azər Xudiyev Dnepr şəhər Administrasiyasının rəhbərinin təklifini yüksək qiymətləndirərək, Azərbaycan tərəfinin bu məsələyə baxacağını vurğulayıb.

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin mətbuat xidməti

 

növbəti xəbər əvvəlki xəbər