2017-07-25
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev bu ölkənin tanınmış “QORDON” nəşrinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, Serj Sarkisyanın separatçı əməllərinə toxunub.

Səfir qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli kifayət qədər uzanır, Azərbaycan xalqının buna dözümlülüyü isə müddətsiz deyil. Azərbaycan münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır.

A.Xudiyev vurğulayıb ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürsə də, hələ də haqq-ədalətin bərpası üçün real addım atmır. ATƏT-də hazırki situasiyanın həlli üçün dəqiq mexanizm yoxdur.

“Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi səhifəsi Xocalı soyqırımıdır. 600-dən çox insanın, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi Xocalı soyqırımının bu il 25 illiyi qeyd olundu. Qarabağ separatçısı olmuş Ermənistanın hazırki prezidenti Serj Sarkisyan hələ utanmadan ingilis jurnalisti Tomas de Vaala müsahibəsində bu fikri təsdiqləyib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq!” Biz bu tip insnla münaqişənin ədalətli həlli üçün danışıqlar aparmağa məcburuq” deyə A.Xudiyev müsahibəsində söyləyib.

Azərbaycanın torpaqlarının hələ də işğal altında olduğunu vurğulayan səfir bildirib ki, Ermənistan tərəfi hər gün müxtəlif silahlardan Azərbaycan tərəfini, onun mülki şəxslərini atəşə tutur.

“Bu yaxınlarda erməni silahlı birləşmələrinin Füzulinin Alxanlı kənsi istiqamətində açdığı atəş nəticəsində iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva həlak olublar. Heç kim qarant dura bilməz ki, bu faciə təkrarlanmayacaq. Çünki Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 4 qətnaməsini yerinə yetirmək istəmir və hər gün ordumuzun mövqelərini, mülki şəxsləri atəşə tutur” deyə diplomat bildirib.

Səfir müsahibəsində, həmçinin ötən il aprel hadisələri, Azərbaycanın güclənən ordusundan, ikitərəfli münasibətlərdən, Azərbaycanın oğurlanan iş adamları ilə bağlı aparılan instintaqın nəticəsiz qalmasından da danışıb.

Azərbaycanın Ukraynadakı Səfirliyinin mətbuat xidməti

növbəti xəbər əvvəlki xəbər
bakushop