2017-09-17
Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr getdikcə inkişaf edir.

Bunu Kiyev Beynəlxalq Münasibətlər İnstitutunda məzunların buraxılışı ilə bağlı keçirilən tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Ulu öndər Heydər Əliyevin ikitərəflı strateji münasibətlərin möhkəm əsaslar üzərində qurulmasındakı tarixi xidmətlərindən danışan səfir Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını qeyd edib. A.Xudiyev bildirib ki, beynəlxalq təşkilatlarda strateji müttəfiqlər kimi taninan hər iki dövlətin eyni mövqedən çıxış edərək bir–birinə dəstək vermələri müstəqillik tariximizin uğurudur.

Diplomat hazırda Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri arasında vaxtilə Kiyev Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alanların olduğunu vurğulayaraq deyib: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şərifov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digərləri bu institutda təhsil alıblar”.

Tədbirdə Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Valeriy Kopeyka Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə səfir A.Xudiyevi diplomla mükafatlandırıb.

növbəti xəbər əvvəlki xəbər
bakushop