2018-02-26
Ukraynanın şəhərlərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Ukraynanın Kiyev, Lvov, Odessa, Xarkov, Dnepr, Kirovoqrad, Nikoloyev, Jitomir və digər şəhərlərində yüzlərlə bilbordlar yerləşdirilib.

Biqbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında xarici vətəndaşları məlumatlandırmaqdır. Bu bilbordlar Ukrayna ərazisində bir ay müddətində mövcud olacaq.

növbəti xəbər əvvəlki xəbər