2018-05-17
Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb. 

Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən hazırlanan 4 növ poçt markasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlament binasının, iclasının, Şərqdə ilk dəfə qadına səsvermə hüququ verilən obrazın təsvirləri yer alıb.

Yüksək nəfisdə və tərtibatda hazırlanan poçt markalarının sayı 2000 ədəddir. Poçt markaları artıq bu gündən dövriyyəyə buraxılıb.

 

növbəti xəbər əvvəlki xəbər