2019-01-22
Azərbaycanın və Ukraynanın mədəniyyət günlərinin keçirilməsi məsələsi müzakirə edilib

Azərbaycanda və Ukraynada hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi üçün münbit şərait yaranıb. Bu il mədəniyyət günlərinin keçirilməsi üçün lazımi işlər görülə bilər.

Bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib.

Onun sözlərinə görə, Ukrayna birgə layihələrin həyata keçirilməsinə hazırdı. Nazir vurğulayıb ki, il ərzində Azərbaycan ilə Ukrayna arasında mədəniyyət sahəsində birgə layihələrin sayını artırmaq olar.

Azərbaycanın Ukrayna üçün strateji dövlət olduğunu deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Səfir öz növbəsində Azərbaycanın çox uğurlu mədəniyyət layihələrini həyata keçirdiyini vurğulayaraq ölkəmizin bu təcrübəni Ukrayna ilə bölüşməyə hazır olduğunu deyib.

növbəti xəbər əvvəlki xəbər