2019-02-18
Ukraynanın daha bir saytında Xocalı soyqırımına dair məqalə yayılıb

Ukraynanın LB.ua saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin Xocalı soyqırımına dair məqaləsi yayılıb.

Müəllif məqalədə Xocalı faciəsini insanlığa qarşı törədilən ən qəddar akt adlandırıb.

“Bu günə qədər Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan mülki azərbaycanlılara qarşı hərbi cinayətlərinə görə cəzalandırılmayıblar. Baxmayaraq ki, onlar Xocalı faciəsinin törədilməsini etiraf ediblər, hələ də cəzasız qalırlar”, - deyə səfir yazıda vurğulayıb.

Müəllif məqalədə Xocalı soyqırımının bir çox dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanındığını qeyd edib.

növbəti xəbər əvvəlki xəbər