2019-01-22
Azərbaycanın və Ukraynanın diplomatiya akademiyaları arasında tərəfdaşlıq münasibətləri müzakirə edilib

Azərbaycan və Ukrayna diplomatiya akademiyaları arasında tərəfdaşlıq münasibətləri daha da inkişaf etdirilməlidir.

Bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Ukrayna Diplomatiya Akademiyasının direktoru Sergey Korsunskiy söyləyib.

Onun sözlərinə görə, iki ölkənin qurumları arasında təcrübə, kadr mübadiləsi aparılmalıdır.

Səfir, öz növbəsində, Azərbaycanın və Ukraynanın diplomatiya akademiyalarının birgə təşkilatçılığı ilə beynəlxalq konfransların keçirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, dünyada yaranan problemlərin səbəbinin, mahiyyətinin ictimaiyyətə çatdırılması baxımından birgə konfransların keçirilməsi əhəmiyyətlidir.

növbəti xəbər əvvəlki xəbər