2019-02-18
Ukraynada “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycan komandası ilə görüş olub

Prezident İlham Əliyevin gənclərlə bağlı dövlət siyasəti öz uğurlu nəticəsini verməkdədir. Bu gün bütün sahələrdə gənclərimiz bir çox uğurlara imza atır. Bu sözləri Odessa şəhərində 5-ci “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan ölkəmizin “Как по Маслу” komandası ilə görüşündə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

Səfir qeyd edib ki, hər bir gəncə, xüsusilə yaradıcılıqla məşğul olan gənclərə dəstək göstərilməlidir: “Azərbaycan bu festivalda ilk dəfə təmsil olunub və uğur qazanıb. İnanıram ki, komandanız Azərbaycanı digər ölkələrdə də uğurla təmsil edəcək”.

Görüşdə komanda üzvləri həmişə dövlətin dəstəyini hiss etdiklərini vurğulayıblar.

Xatırladaq ki, festivalda 213 komanda arasından 14 komanda mövsüm oyunlarına vəsiqə qazanıb. Təmsilçi komandamızın çıxışından dərhal sonra iki ulduz - məşqçi Qarik Birça və Olqa Polyakova ayağa qalxaraq komandaya nəsihətçi olmaq arzularını bildiriblər.

Nəsihətçi olaraq komandamız Ukraynanın pop-divası Olqa Polyakovanı seçib.

növbəti xəbər əvvəlki xəbər