2020-12-24

Ukraynanın məşhur portalında Azərbaycan səfirinin məqaləsi dərc edilib

Prezident İlham Əliyev dediyinə əməl edən insandır. O heç vaxt öhdəsindən gələ bilmədiyi populist vədlər verməyib. Hədəflədiyi hər bir iş hər zaman gerçəkləşib. Gerçəkləşdirilən işlər o qədərdir ki... Məgər biz, misal üçün, hələ 7-8 il bundan əvvəl tamhüquqlu kosmik dövlətə çevriləcəyimizi və ya öz hərbi sənayemizə sahib olacağımızı xəyal edə bilərdikmi?! Və ya demək olardımı ki, bütün respublika ən müasir informasiya texnologiyaları ilə əhatə ediləcək?

Bu barədə səfir Elmira Axundovanın məşhur QORDON informasiya portalının saytında dərc edilmiş məqaləsində bildirilir.

Səfir Prezident İlham Əliyevin siyasi münasibətlər qurmaq ustası olduğunu vurğulayır. Qeyd edir ki, İlham Əliyev müsəlman ölkəsinin Prezidentidir, xristian dünyası ilə mükəmməl əlaqələr qurmağı və eyni zamanda, müsəlman ölkələri ilə mübahisə etməməyi bacardı. Bizi həm Rusiyada, həm Ukraynada, həm Belarusda, həm Baltikyanı ölkələrdə, həm İsraildə, həm də İranda qəbul edib hörmət edirlər. İlham Əliyev bu ağlasığmaz, virtuoz siyasi ekvilibristikaya mükəmməl şəkildə yiyələnib.

“Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində düşünülmüş və uğurla həyata keçirilmiş bir çox irimiqyaslı transmilli layihələri sadalamayacağam. Onlar hər kəsin dilindədir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, TAP və başqaları. Əsas bu, deyil. Azərbaycan Prezidenti dahi atasının hakimiyyəti dövründə bu sahədə əldə olunan nailiyyətləri qoruyub saxlamaqla yanaşı, həm də Avropanın enerji xəritəsini dəyişə biləcək yeni qlobal iqtisadi layihələrin həyata keçirilməsinə start verməklə onları artıra bildi. Bəs Azərbaycanın geoiqtisadi strategiyasının uğurunun sirri nədədir? İlham Əliyevin özünün fikrincə, sirr ondan ibarətdir ki, biz bütün layihələrimizi regional əməkdaşlığın gücləndirilməsi baxımından nəzərdən keçiririk. Yəni, xarici siyasət təşəbbüslərinə və ölkənin geosiyasi mövqelərinə pozitiv yolla gedirik. Təzyiq yolu, şantaj yolu, mənfi yol ilə deyil, müsbət yol ilə …”, - deyə səfir əlavə edib.

Müəllif məqalədə daha sonra qeyd edir: “Azərbaycanda tamamilə haqlı olaraq Vətən müharibəsi adlandırılan 44 günlük müharibənin nəticələri indi bütün dünyaya məlumdur. Azərbaycan torpaqlarının işğalına son qoyuldu, ölkənin 30 il əvvəl pozulmuş ərazi bütövlüyü tamamilə bərpa edildi. Təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün bu taleyüklü 44 günün nəticələrini təhlil etmək siyasətçilər, tarixçilər, hərbi mütəxəssislərin işidir. Ölkə öz Liderinin rəhbərliyi ilə özünə daha tanış olana - quruculuğa qayıdır.

Biz təhqir edilmiş və viran qoyulmuş torpağımızı mütləq və çox qısa bir müddətdə bərpa edəcəyik, abadlaşdıracağıq, dirçəldəcəyik, köçkünlər öz doğma yerlərinə qayıdacaqlar, talan edilmiş torpaqda məktəblər, muzeylər, abidələr, məbədlər yenidən tikiləcək. Qarabağ isə yenidən çiçəklənən bağa çevriləcək…

Mənim fikrimcə, İlham Əliyevin siyasi uzunömürlülüyünün əsas sirri öz ölkəsi və xalqı üçün layiqli gələcəyin daimi quruculuğundan ibarətdir”.

Məqaləyə keçid: https://gordonua.com/blogs/elmira-ahundova/17-let-nazad-byli-somneniya-spravitsya-li-molodoy-aliev-so-vsemi-problemami-kak-pokazalo-vremya-togda-narod-azerbaydzhana-sdelal-pravilnyy-vybor-1532882.html?fbclid=iwar2gc24ms3faaj0br9zh7pk4qzmcwmcpkk2vat6cmmqvx4xb_rq-w2p6yum

Arxiv üzrə axtarış