2020-03-18
Ukraynada müvəqqəti qeydiyyatda olan və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Ukraynada müvəqqəti qeydiyyatda olan və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Hörmətli həmvətənlər,

Hazırda koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında sürətlə yayılması nəticəsində, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan etmişdir.

COVİD-19 virusundan effektiv şəkildə qorunmaq üçün Azərbaycan və Ukraynada dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməniz, sanitar və digər qaydalara ciddi riayət etməniz, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni etməməniz və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyiniz, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayinədən keçməyiniz xahiş edilir.

Hazırda Ukraynada daimi yaşayan və ya müvəqqəti qeydiyyatda olan, vətənə qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının 24 saat ərzində rahatlıqla əlaqə saxlaya bilməsi, habelə qarşılaşdığı problemlərin operativ həll edilməsi məqsədilə Səfirliyin “qaynar xətt” telefon nömrəsi yaradılmışdır.

- Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin “qaynar xətt”in əlaqə telefonu:

+380735050000

 

növbəti xəbər əvvəlki xəbər