Konsulluq məsələləri

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!

COVİD-19 pandemiyasının yaratmış olduğu çətinlikləri nəzərə alaraq, Ukraynada yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və öz fəaliyyətlərini hüquqi zəmində tənzimləməri məqsədilə 01 yanvar 2020-ci il tarixindən etibarən müddəti bitmiş bütün növ pasportların 31 dekabr 2020-ci il tarixinədək uzadılmış hesab olunması üçün Səfirlik tərəfindən Ukrayna müvafiq orqanlarına müraciət olunmuşdur.

Diqqətinizə çatdırırıq ki, müddəti bitdiyi üçün uzadılmış hesab olunan pasportlar yalnız Ukrayna ərazisində etibarlı hesab olunur. Korlanmış, vaxtı keçmiş pasportu olan və ya pasportunu itirmiş vətəndaşlarımız Azərbaycan Respublikasına qayıtmaq istədiklərində qayıdış şəhadətnaməsi almaq üçün Səfirliyə müraciət etməlidirlər.