2015-11-17

Müvəqqəti İşlər Vəkili Nazim Əliyev Fransanın Ukraynadakı Səfirliyini Ziyarət edib, Səfirlə Görüşüb və Başsağlığı verib

17 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev Fransanın Kiyevdəki Səfirliyini ziyarət edib. Səfir İzabel Dümon ilə görüşən Nazim Əliyev 13 noyabr tarixində Parisdə törədilmiş terror aktlarında dinc sakinlərin həyatını itirməsi və çox sayda insanın zərər çəkməsi ilə bağlı başsağlığı verib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycan xalqının terror qurbanı olduğunu, bu səbəbdən terrorizmin hər cür təzahürünə nifrətlə yanaşıldığını diqqətə çatdırıb. İzabel Dümon ziyarətə və başsağlığına görə minnətdarlığını bildirib.

 Nazim Əliyev səfirlikdə açılmış kitaba da başsağlığı yazıb. 

Arxiv üzrə axtarış