2016-11-25

Azərbaycan və Ukrayna Dəmir Yolları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakıda keçirilən “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Xəzər regionu” adlı biznes forum çərçivəsində Azərbaycan və Ukrayna Dəmir Yolları arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Ukrayna Dəmir Yolları” PSC-dən Marek Robert Zalesnıy imzalayıblar.

Biznes forumda, həmçinin daha beş memorandum imzalanıb. Bunlar “TransKonteyner” PSC və “Port Dalyan Ltd korporasiyası” arasında strateji əməkdaşlıq haqqında, “TransKonteyner” PSC və “Azərbaycan Dəmir Yolları” QSC arasında qarşılıqlı əməkdaşlıq haqqında, “Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC arasında əməkdaşlıq haqqında, “RJD Story” SC ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlıq haqqında, Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyası və “RJD Logistika” SC arasında strateji tərəfdaşlıq barədə memorandumlardır.

Arxiv üzrə axtarış