2017-04-29

Zərifə Əliyevanın anadan olmasinin 94-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Aprelin 28i  Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi , aftolmoloq alim ,akademik Zərifə Əliyevanın anadan olmasinin 94-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib Mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları ,İrpen şəhər meriyasının rəsmiləri ,Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri ,Azərbaycan diasporunun fəalları ,gənclər və media təmsilçiləri iştirak edib.Tədbirə qatılanlar ilk öncə Azərbaycanın görkəmli elm xadimi ,aftolmoloq alim ,akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.Anım mərasimində Azerbaycanın Ukraynadakı Səfiri Azər Xudiyev çixiş edərək , öz şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur bəxş edən Akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkşafındakı misilsiz xidmətindən söz açıb.İrpen şəhərində görkəmli elm fədaisinin adını daşıyan istirahət parkının və mərkəzi küçənin Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirən diplomat,2015-ci ilde kurort şəhərindəki 12 saylı orta məktəbində akademik Zərifə Əliyevanın adına verilməsini tarixi hadisə adlandırıb. Tədbirdə Irpen şeherinin merinin müavini Xristyok Dmitriy. Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko və digər rəsmi şəxslər çıxış edərək, akademik Zərifə Əliyevanın şərəfli ömr yolundan bəhs ediblər. Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömr-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əsl ziyalı alim,mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyini vurğulayıblar.

Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko qeyd etmişdirki : - "Mən qürur duyuramkı Zərifə Əliyeva kimi görkəmli elm xadiminin adını daşıyan məktəbin direktoruyam.Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı ,dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət olan Heydər Əliyevin ömr gün yoldaşı,İlham Əliyev kimi mütərəqqi bir dövlət başçısının anasi olub.Qürurverici haldırki belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı Ukraynadada böyük ehtiramla yad olunur ".

Irpen sheher icra hakimiyyeti başçısının müavini Xristyuk Dmitriy çıxış edərək bildirmişdir ki : - " Zərife Əliyeva adına parkın şəhərimizdə Uşaqlı analar üçün nəzərdə tutulmuş ən gözəl və nümunəvi istirahət güşəsidir.Mən çox şadamki,Irpen şəhərindeki Zərive Əliyeva adına 12 sayli orta məktəb və mərkəzi küçə və istirahət parkı Azərbaycanla Ukrayna arasında mənəvi dostluq və mədəniyyət körpüsünə çevrilib.O körpüki əsrlər boyu iki qardaş xalqın əbədi dostluğuna şahidlik edəcək. "

Sonra tədbirə qatılanlar mərhum akademikin adını daşıyan 12 saylı orta məktəbə gələrək, xüsusi təyinatlı elm ocağında fəaliyyət göstərən Zərifə Əliyeva muzeyi ilə tanış olublar. xatirə muzeyində akademik Zərifə Əliyevanın zəngin həyatını ve səmərəli elmi fəaliyyətini özündə əks etdirən foto kompazisya tədbir iştirakçılarına duyğulu anlar yaşatdırıb.

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin mətbuat xidmət


Arxiv üzrə axtarış