2020-07-14

Ermənistanın bu təxribatı onun beynəlxalq hüquqa hörmətsiz münasibətini göstərir

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ukraynanın “FAKT” portalında Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutmasını pisləyən açıqlaması dərc olunub.

O deyib ki, Azərbaycanla sərhəddə baş verən bu təxribat bir daha Ermənistanın dünya birliyinə və beynəlxalq hüquqa hörmətsiz münasibətini göstərdi.

“Erməni tərəfinin Azərbaycan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədindəki artilleriya mövqelərinə hücumu təcavüz və güc tətbiqetmə aktıdır. Ermənistanın sərhəddə törətdiyi təxribat rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinə maraqlı olmadığının daha bir sübutudur. Bu baxımdan yaranan gərginliyin məsuliyyəti tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşür”, - deyə E.Hüseynli əlavə edib.

Arxiv üzrə axtarış