2020-09-14

Ukraynanın milli təhlükəsizlik üzrə yeni strategiyasında Azərbaycan strateji tərəfdaş kimi qeyd olunub

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyanın təsdiq olunmasına dair fərman imzalayıb.

Ukrayna Prezident Ofisinin saytına istinadla xəbər verir ki, strategiyada Azərbaycan Ukraynanın strateji tərəfdaş dövləti kimi qeyd edilib.

Sənədin 36-cı bəndində göstərilir ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Polşa və Litva Ukraynanın strateji tərəfdaşlarıdır.

Arxiv üzrə axtarış