2021-04-26

Ukrayna mətbuatında səfir Elmira Axundovanın Çernobıl fəlakətinə dair məqaləsi dərc edilib.

Ukraynanın nüfuzlu “Gordon” nəşrində səfir Elmira Axundovanın Çernobıl fəlakətinin 35 illiyi ilə bağlı məqaləsi dərc edilib.

Məqalədə E.Axundovanın müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin “Beş il Kremlin dəhlizlərində” adlı ikinci kitabında Çernobıl fəlakəti ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Çernobıl nüvə stansiyasında qəzanın baş verməsi XX əsrin və Qorbaçov dövrünün ən dəhşətli faciəsi idi.

1970-ci illərdə SSRİ nüvə elektrik stansiyalarının inşası üçün dövlət proqramı qəbul edib. Bu proqramda ən böyük sənaye mərkəzlərinin yaxınlığında nüvə elektrik stansiyalarının inşası nəzərdə tutulurdu. Həmin stansiyalar Leninqrad, Kiyev, Sverdlovsk və digər böyük şəhərlərin yaxınlığında tikildilər.

Nüvə alimləri eyni nüvə elektrik stansiyasını Moskva yaxınlığında da tikməyi planlaşdırırdılar. Lakin sonda bu plana qarşı çıxanlar qərarı ləğv etdirməyi bacardılar. Heydər Əliyev də nüvə elektrik stansiyalarına etibar etmirdi və eyni zamanda, Azərbaycanda nüvə elektrik stansiyalarının inşasının qadağan olunmasına kömək etdi, baxmayaraq ki, hazırlıq işlərinin bir hissəsi Bakı yaxınlığında aparılırdı. Ermənistandan sonra Qafqazda ikinci Atom Elektrik Stansiyası Azərbaycanın ərazisində tikilməli idi, lakin Heydər Əliyev bu layihənin reallaşmasının qarşısını almağa nail oldu.

Məqalədə Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra əhaliyə və beynəlxalq aləmə məlumatın çatdırılmaması ilə bağlı xronoloji faktlar açıqlanıb. Qeyd olunub ki, SSRİ hakimiyyətində yalnız Yakovlev və Heydər Əliyev baş verən faciə haqqında məlumatın xarici jurnalistlərə və yerli əhaliyə çatdırılmasının vacibliyini qeyd ediblər.

https://m.gordonua.com/blogs/elmira-ahundova/chernobyl-mnogoe-vysvetil-v-haraktere-gorbacheva-nereshitelnost-boyazn-pravdy-neumenie-govorit-s-narodom-i-razdelit-s-nim-bedu-1550454.html?fbclid=iwar1jcvo3j4fay6dn8zn8fx-8f1z_puicpqemp1m7ofx-gnejmkzprhsl4pg  

Arxiv üzrə axtarış