2021-10-12

Ukrayna Ali Radasının xəbər portalında Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı məqalə dərc edilib

Ukraynanın xəbər portalında Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı məqalə dərc olunub.

Səfirlik tərəfindən hazırlanan və Ukrayna Ali Radasının “Qolos Ukrainı” portalında dərc edilən məqalədə ölkəmizin 30 ildə keçdiyi tarixi məqamlara geniş yer verilib. Qeyd edilib ki, 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan xilas edib. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bölgədə nüfuz sahibinə çevrilməyə başlayıb. Onun siyasətini isə davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan enerji, nəqliyyat sahəsində bir sıra nüfuzlu beynəlxalq layihələrin müəllifidir. Azərbaycan 30 ildə bütün xarici ölkələrlə ərazi və suverenliyə hörmətlə yanaşan uğurlu xarici siyasət yeridib.

Məqalədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verilib.

Otuz il ərzində Azərbaycan və Ukrayna münasibətləri barədə məqamlar yer alan məqalədə, həmçinin vurğulanıb ki, bu gün iki ölkə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Hər iki ölkə ötən müddətdə, ən çətin dövrlərdə bir-birinin yanında olub, yardımlarını əsirgəməyib.

http://www.golos.com.ua/article/352236  

Arxiv üzrə axtarış