2020-07-15
Ukrayna Ali Radasının deputatı Ermənistan silahlı qüvvələrinin son təxribatını pisləyib

Ukrayna Ali Radasının deputatı Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatı pisləyib.

Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Vladimir Kreydenko AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, Ukrayna beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünə və toxunulmazlığına sadiq qalır. Deputat bildirib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə yönəlmiş hər cür cəhdlər pislənilməlidir.

“Döyüşlərdə həlak olan Azərbaycan əsgərlərinin və hərbçilərinin ailələrinə və yaxınlarına başsağlığı verirəm və tərəfləri təmkinli, ehtiyatlı olmağa çağırıram”, - deyə V.Kreydenko əlavə edib.

növbəti xəbər əvvəlki xəbər