2020-07-15
Ukrayna Ali Radasının deputatı: Sərhəddə yaranan gərginlik Ermənistanda vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir

Ukrayna və Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün bərpasında bir-birlərini dəstəkləyirlər.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı Lüdmila Marçenko söyləyib.

Deputat bildirib ki, Azərbaycan və Ermənistan sərhədində baş verən döyüşlərdə hər iki tərəfdən itkilər var. Lakin Ermənistanda qurbanlar və hücum haqqında fərqli məlumatlar verilir. Bu, dəhşətlidir və xalqın yanlış məlumatlandırma ehtimalıdır. Bu vəziyyət Ermənistanda insanların diqqətini ölkənin daxili problemlərindən yayındırmaq cəhdidir.

növbəti xəbər əvvəlki xəbər