2020-07-17
Azərbaycanın və Ukraynanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

İyulun 17-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığı olub.

Ukrayna Xarici işlər naziri Dmitro Kuleba Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib və münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyini əminliklə vurğulayıblar.

Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna XİN-i tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə həmkarına təşəkkürünü bildirib.

Nazir Dmitro Kuleba Ukraynanın bu məsələdə mövqeyinin dəyişilməz olduğunu bir daha ifadə edib.

növbəti xəbər əvvəlki xəbər