İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Qısa tarixi məlumat
Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992- ci ildə yaradılmışdır. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılmışdır.
Dövlətlərimizin münasibətlərinin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə və 22 may 2008-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir.
Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, iki dövlət strateji tərəfdaşdır. Parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində əməkdaşlıq inkişaf edir.
BMT, AŞ, QDİƏT, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna məsləhətləşmələr aparır və ənənəvi olaraq bir birinə qarşılıqlı dəstək verir. Eyni zamanda iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində fəal əməkdaşlıq edir.
Dövlət başçıları
1995-ci il 27-28 iyul Prezidenti Leonid Kuçmanın rəsmi səfəri
1997-ci il 24-25 mart - Prezident Heydər Əliyevin rəsmi səfəri
1998-ci il 7-8 sentyabr - Prezident Leonid Kuçmanın işgüzar səfəri
2000-ci il 16-17 mart - Prezidenti Leonid Kuçmanın rəsmi səfəri
2004-cü il 3-4 iyun - Prezident İlham Əliyevin rəsmi səfəri
2004-cü il 27-28 oktyabr - Prezident İlham Əliyevin işgüzar səfəri
2005-ci il 16 iyun - Prezident İlham Əliyevin işgüzar səfəri
2006-cı il 22-23 may - Prezident İlham Əliyevin işgüzar səfəri
2006-cı il 7-8 sentyabr - Prezident Viktor Yuşşenkonun rəsmi səfəri
2007-ci il 18-19 iyun - Prezident Viktor Yuşşenkonun işgüzar səfəri
2008- ci il 21-23 may - Prezident İlham Əliyevin rəsmi səfəri
2008-ci il 30 iyun-1 iyul - Prezident Viktor Yuşşenkonun işgüzar səfəri
2008-ci il 13-14 noyabr - Prezident Viktor Yuşşenkonun işgüzar səfəri
2009-ci il 9-10 aprel - Prezident Viktor Yuşşenkonun rəsmi səfəri
2010-cu il 10-11 iyul - Prezident İlham Əliyevin işgüzar səfəri
2010-cu il 28 oktyabr - Prezident İlham Əliyevin rəsmi səfəri
2011-ci il 28-29 aprel - Prezident Viktor Yanukoviçin rəsmi səfəri
2012-ci il 12 dekabr - Prezident Viktor Yanukoviçin işçi səfəri
2013-cü il 17-18 noyabr - Prezident İlham Əliyevin rəsmi səfəri
2016-cı il 14 iyul - Prezident Petro Poroşenkonun rəsmi səfəri
2019-cu il 17 dekabr - Prezident Volodımır Zelenskinin rəsmi səfəri
2022-ci il 14 yanvar - Prezident İlham Əliyevin işgüzar səfəri
2023-cü il 1 iyun - Prezident İlham Əliyevin Kişineu şəhərinə işgüzar səfəri zamanı Ukrayna Prezidenti Volodımır Zelenski ilə görüşü
Hökumət başçıları
2006-cı il 26 dekabr - Baş Nazir Viktor Yanukoviçin işgüzar səfəri
2007-ci il 25 may - Baş Nazir Artur Rasi-zadənin işgüzar səfəri
2010-cu il 25 fevral - Baş Nazir Artur Rasi-zadənin işgüzar səfəri
2011-ci il 19 aprel - Baş Nazir Artur Rasi-zadənin işgüzar səfəri
2012-ci il 4 aprel - Baş nazir Nikolay Azarovun səfəri
Parlament sədrləri
2001-ci il 28 fevral 2 mart Ukrayna Ali Radasının sədri İvan Plyuşun rəsmi səfəri
2006-cı il 27 sentyabr - Milli Məclisin Sədri O.Əsədovun işgüzar səfəri
2012-ci il 18-19 aprel - Ali Radanın Sədri Vladimir Litvinin rəsmi səfəri
Xarici İşlər Nazirləri
1999-cu il 30 iyun 1 iyul - Naziri Boris Tarasyukun səfəri
2000-ci il 15-16 may Nazir Vilayət Quliyevin səfəri
2001-ci il 16-17 oktyabr Naziri Anatoli Zlenkonun səfəri
2004-cü il 14-16 oktyabr - Nazir Elmar Məmmədyarovun rəsmi səfəri
2005-ci il 18-19 may - Nazir Boris Tarasyukun rəsmi səfəri
2005-ci il 1-2 dekabr - Nazir Elmar Məmmədyarovun işgüzar səfəri
2010-cu il 19 iyul - Nazir Konstantin Qrişenkonun rəsmi səfəri
2011-ci il 23-24 fevral - Nazir Elmar Məmmədyarovun rəsmi səfəri
2011-ci il 25 avqust - Nazir Konstantin Qrişenkonun işgüzar səfəri
2012-ci il 10 oktyabr - Nazir E.Məmmədyarovun işgüzar səfəri
2017-ci il 2 oktyabr - Nazir Pavlo Klimkinin rəsmi səfəri
2023-cü il 21 iyun - Nazir Ceyhun Bayramovun Londona işgüzar səfəri zamanı Ukrayna naziri Dmıtro Kuleba ilə görüşü
2023-cü il 11 dekabr - Nazir Ceyhun Bayramovun Brüsselə işgüzar səfəri zamanı Ukrayna naziri Dmıtro Kuleba ilə görüşü
Parlamentlərarası əlaqələr
Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə İşçi Qrup 1995-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Kamran Bayramovdur. Ukrayna Ali Radasında Ukrayna-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun həmsədrləri Valeriy Kolyux və Volodımır Kreydenkodur.
İqtisadi əməkdaşlıq
Azərbaycan Respublikası və Ukrayna arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya 17 iyul 1993-cü ildə yaradılmışdır. Koissiyanın Azərbaycan tərəfindən həmsədri energetika naziri Pərviz Şahbazov, Ukrayna tərəfdən həmsədr Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reintqrasiyası naziri İrina Vereşukdur. Komissiyanın on iki iclası keçirilmişdir. Komissiyanın son 12-ci iclası 31 yanvar 2020-ci il tarixində Kiyevdə keçirilmişdir.
Qarşılıqlı iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinə energetika, nəqliyyat, aqrar-sənaye sahələri, investisiyaların qarşılıqlı cəlb edilməsi daxildir. İkitərəfli ticarət dövriyyəsi 2021-ci ildə bir milyard ABŞ dollarına yaxınlaşmış, 2022-ci ilin on bir ayı ərzində 580 milyon ABŞ dollarını ötmüşdür. 2023-cü ilin oktyabr ayına olan göstəricilərə görə ticarət dövriyyəsi 285 milyon ABŞ dollarına enmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri zamanı Ukrayna Prezidenti Volodımır Zelenski ilə əldə olunmuş razılaşmalar ticarət, nəqliyyat, infrastruktur, enerji və enerji təhlükəsizliyi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, qarşılıqlı investisiyalar, turizmin inkişafı sahələrində birgə layihələrin həyata keçirilməsi, ticarət həcminin iki dəfə artırılması, strateji tərəfdaşlığın inkişafı kimi hədəflərə nail olmaq üçün yeni imkanlar yaratmışdır.
Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış
sənədlərin siyahısı
1992
Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə. Kiyev, 9 dekabr 1992
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında 1993-cü il üçün ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş. Kiyev, 15 sentyabr 1992
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ukrayna Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 21 Oktyabr 1992
1993
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 20 may 1993
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında 1993-cü il üçün ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişə Əlavə. Kiyev, 17 iyul 1993
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında gömrük sənədlərinin qarşılıqlı tanınması və gömrük təminatı haqqında Saziş. Kiyev, 20 may 19937. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında gömrük qaydalarının pozulması və kontrabanda ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 20 may 1993
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında sərnişinlərin tranzit yüklərin və baqajlarının qeydiyyatı haqqında əməkdaşlıq haqqında Saziş. Kiyev, 20 may 1993
1995
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında 1995-ci il üçün ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 28 iyul 1995
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidməti arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Saziş. Bakı, 28 iyul 1995
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 22 dekabr 1995
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında aviasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 22 dekabr 1995
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hava əlaqəsi haqqında Saziş. Bakı, 28 iyul 1995
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında təqaüd təminatı sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 28 iyul 1995
Azərbaycan Respublikası və Ukrayna arasında neftqazçıxartma sahəsində əməkdaşlıq haqqında Protokol. Bakı, 28 iyul 1995
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında istehsalat kooperasiyası haqqında Saziş. Bakı, 28 iyul 1995
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Protokol. Bakı, 28 iyul 1995
Azərbaycan Respublikası və Ukrayna arasında səfirliklərin açılması haqqında Protokol. Bakı, 28 iyul 199520.Azərbaycan Respublikası Hökuməti və Ukrayna hökuməti arasında sərbəst ticarət haqqında Saziş. Bakı, 28 iyul 1995
Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Ukrayna nümayəndə heyəti arasında danışıqların Protokolu. Bakı, 28 iyul 1995
1997
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası ilə Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair
Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası ilə Ukrayna arasında Konsulluq Konvensiyası. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hərbi təhsil müəssisələrində hərbi kadrların hazırlanması haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 25 mart 1997
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Ticarət-Sənaye Palatası və Ukrayna Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası ilə Ukrayna arasında neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında Memorandum. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ukrayna Səhiyyə Nazirliyi arasında təbabət və səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu və Ukrayna Təqaüd Fondu arasında təqaüdlərin qarşılıqlı köçürülməsi və ödənilməsi haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ukrayna Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Ukrayna Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997
Azərbaycan Respublikası və Ukrayna arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə. Kiyev, 24 mart 1997
1999
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikasının Ukraynada yerləşən Snejnyansk şərab zavoduna (Donetsk Vilayəti) mülkiyyət hüququnun və Ukraynanın Azərbaycan Respublikasında yerləşən “Tavriya” Bakı Xüsusiləşmiş avtomobil mərkəzinə mülkiyyət hüququnun tanınması haqqında Protokol. Kiyev, 30 iyul 1999
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında dövlət sərhədlərinin qorunması məsələlərində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 1 iyul 1999
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ukrayna Dövlət Gömrük Xidməti arasında qarşılıqlı yardım göstərilməsi qaydaları haqqında Memorandum. Kiyev, 30 iyul 1999
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya. Kiyev, 30 iyul 1999
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında iqtisadi və maliyyə pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında ticarət gəmiçiliyi haqqında Saziş. Bakı, 1 iyul 1999
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqəsi haqqında Saziş. Bakı, 1 iyul 1999
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında rabitə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının qarşılıqlı tanınması haqqında Saziş. Kiyev, 30 iyul 1999
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında əczaçılıq sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 30 iyul 1999
2000
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş. Bakı, 16 mart 2000
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı və hərbi qulluqçuların dövlət məcburi şəxsi sığortası haqqında Saziş. Bakı, 16 mart 2000
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 19 may 2000
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 19 may 2000
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında geodeziya, kartoqrafiya və Yerin məsafədən zondla tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 19 may 2000
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukraynanın Əmək və Sosial Siyasət Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 19 may 2000
Azərbaycan Respublikasının Milli Bankı ilə Ukraynanın Milli Bankı arasında hesablaşmaların təşkili haqqında Saziş. Bakı, 16 mart 2000
Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə. Bakı, 16 mart 2000
Azərbaycan Respublikası və Ukrayna arasında 2000-2009-cu illərdə iqtisadi əməkdaşlıq haqqında Müqavilə. Bakı, 16 mart 2000
2001
Azərbaycan Respublikasının Milli Məclisi ilə Ukraynanın Ali Radası arasında əməkdaşlıq haqqında Saziş. Bakı, 2001
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 16 oktyabr 2001
2002
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş. Kiyev, 14 fevral 2002
Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Ukrayna Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 14 fevral 2002
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 14 fevral 2002
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Sazişə əlavə 1 saylı Protokol. Bakı, 29 avqust 2002
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Ukraynanın Sənaye Siyasəti Nazirliyi arasında maşınqayırma kompleksi müəssisələrində ixtisaslaşmanın saxlanılması və istehsal-texniki təyinatlı məhsulların qarşılıqlı kooperasiya əsasında göndərilməsi haqqında Saziş. Kiyev, 14 fevral 2002
Azərbaycan Dövlət Dəmir Yolu ilə Ukrayna Nəqliyyat Nazirliyi arasında dəmir yolu nəqliyyatı sahəsində istehsalat kooperasiyası və istehsalın ixtisaslaşdırılması haqqında Saziş. Kiyev, 14 fevral 2002
Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Ukrayna Dövlət Vergi Administrasiyası arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 14 fevral 2002
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Bakı, 15 iyul 2002
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 29 avqust 2002
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Ukraynanın Tənzimləmə Siyasəti Məsələləri və Sahibkarlıq üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum. Bakı, 29 avqust 2002
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması
sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 29 avqust 2002
2004
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidməti arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Sazişə Əlavə Protokol №2. Kiyev, 26 aprel 2004
Mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı haqqında Protokol. Kiyev, 3 iyun 2004
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında sənayenin müdafiə sahələrinin müəssisə və təşkilatlarının istehsal və elmi-texniki kooperasiyası haqqında Saziş. Kiyev, 3 iyun 2004
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş. Kiyev, 3 iyun 2004
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hər iki ölkənin aviasiyasının uçuş və mühəndis-texniki heyətinin hazırlanmasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 3 iyun 2004
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Ukraynanın Dövlət Gömrük Xidməti arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin,psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 3 iyun 2004
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında neftqaz maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında Saziş. Kiyev, 3 iyun 2004
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında neft sahəsində əməkdaşlığın prinsipləri haqqında Saziş. Kiyev, 3 iyun 2004
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Ukraynanın Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, sentyabr 2004
Azərbaycan Respublikası və Ukraynanın Birgə Bəyannaməsi. Kiyev, 3 iyun 2004
Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkəti və Ukraynanın Milli Teleşirkəti arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 3 iyun 2004
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında Saziş. Kiyev, 26 aprel 2004
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidməti arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol. Kiyev, 26 aprel 2004
Azərbaycan Respublikasının “Azərbaycan Hava Yolları” Dövlət Konserni və Ukrayna Nəqliyyat Nazirliyinin Dövlət Aviasiya Nəqliyyatı Departamenti arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında Protokol. Kiyev, 3 iyun 2004
2006
“Azərbaycan Respublikası və Ukrayna arasında Birgə Bəyannamə”. Bakı, 7 sentyabr 2006
“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş”. Bakı, 7 sentyabr 2006
“Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında ətraf təbii mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”. Bakı, 7 sentyabr 2006
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında diplomatik əməkdaşların hazırlanması haqqında Saziş”. Bakı, 7 sentyabr 2006
“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Komitəsi arasında radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş”. Bakı, 7 sentyabr 2006
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Aqrar Siyasəti Nazirliyi arasında bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”. Bakı, 7 sentyabr 2006
“Azərbaycan Dövlət Neft Şirkəti və “Naftoqaz Ukrainı” Milli Səhmdar əmiyyəti arasında əməkdaşlıq prinsipləri haqqında Saziş”.Bakı, 7 sentyabr 2006
2008
Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə. Kiyev, 22 may 2008
Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsi. Kiyev, 22 may 2008
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar və Ukraynanın Qiymətli Kağızlar və Fond bazarı üzrə Dövlət Komissiyası üzrə Dövlət Komitəsi arasında qarşılıqlı Anlaşma Memorandumu. Kiyev, 22 may 2008
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında Protokol. Kiyev, 22 may 2008
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında informatizasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 22 may 2008
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında dövlət qulluğunun inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 22 may 2008
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Ukraynanın Ailə məsələləri, Gənclər və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahəsində 2008-2009-cu illər üçün əməkdaşlıq Proqramı. Kiyev, 22 may 2008
2009
Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi. Bakı, 9 aprel 2009
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair Saziş. Bakı, 9 aprel 2009
24 mart 1997-ci il tarixdə Kiyev şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Sazişə dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Protokol. Bakı, 9 aprel 2009
Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Birinci iclasının Protokolu. Bakı, 9 aprel 2009
Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası arasında ticarət – iqtisadi, elmi – texniki və mədəni əməkdaşlıq haqqında Saziş. Bakı, 9 aprel 2009
2009-2010-cu illərdə Azərbaycan-Ukrayna Əməkdaşlığının Tədbirlər Planı. Bakı, 9 aprel 2009
Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2009-2010-cu illər üçün məsləhətləşmələr Planı. Bakı, 9 aprel 2009.
2010
Azərbaycan Respublikasının Prezidentinin və Ukraynanın Prezidentinin Birgə Bəyannaməsi. Kiyev, 28 oktyabr 2010.
Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin Şurasının ikinci iclasının Protokolu. Kiyev, 28 oktyabr 2010.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 28 oktyabr 2010.
“Azərbaycan Televiziya və Radio verilişləri” qapalı səhmdar cəmiyyəti və Ukrayna Milli Teleşirkəti arasında əməkdaşlıq haqqında Saziş. Kiyev, 28 oktyabr 2010.
2011
Ukraynanın təbii qazla təchiz olunması üzrə əməkdaşlıq barədə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında imzalanmış Memorandum. Davos, 28 yanvar 2011.
2013
Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasının Protokolu, Kiyev, 18 noyabr 2013-cü il
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş, Kiyev, 18 noyabr 2013-cü il
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı, Kiyev, 18 noyabr 2013-cü il
Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş, Kiyev, 18 noyabr 2013-cü il
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi, Kiyev, 18 noyabr 2013-cü il