ASAN Viza (e- Visa)
“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçiriləcəkdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
Elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdiriləcəkdir.
Azərbaycanın beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək
Mayın 15-dən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin ediləcək.
Elektron viza veriləcək olkələrin siyahısı
Albania
Algeria
Andorra
Argentina
Australia
Austria
Bahamas
Bahrain
Barbados
Belgium
Bolivia (Plurinational State of)
Bosnia and Herzegovina
Brazil
Brunei Darussalam
Bulgaria
Canada
Chile
China
Colombia
Costa Rica
Croatia
Cuba
Cyprus
Czech Republic
Denmark
Djibouti
Ecuador
Estonia
Finland
France
Germany
Greece
Guatemala
Holy See (Vatican)
Honduras
Hungary
Iceland
India
Indonesia
Iran (Islamic Republic of)
Ireland
Israel
Italy
Jamaica
Japan
Jordan
Kuwait
Latvia
Liechtenstein
Lithuania
Luxembourg
Malaysia
Maldives
Malta
Mauritius
Mexico
Monaco
Mongolia
Montenegro
Morocco
Nepal
Netherlands
New Zealand
North Macedonia
Norway
Oman
Pakistan
Panama
Paraguay
Peru
Poland
Portugal
Republic of Korea
Romania
San Marino
Saudi Arabia
Serbia
Seychelles
Singapore
Slovakia
Slovenia
South Africa
Spain
Sri Lanka
Sweden
Switzerland
Thailand
Trinidad and Tobago
Turkmenistan
United Arab Emirates
United Kingdom of Great Britain and Northern Ireland
United States of America
Vietnam