Konsulluq şöbəsi tərəfindən verilən sənədlər və sənədlərin alinma qaydalari

 Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verilən sənədlər və sənədlərin alınma qaydaları

  1. Məhkum olub olmaması haqqında arayış
     
  2. Ailə vəziyyəti haqqında arayış
      
  3. Uşaq Azərbaycan Respublikasının vətəndaşlığından imtina edilməsi
     
  4. Konsulluq uçotuna alınması
     
  5. Doğum haqqında şəhadətnamənin alınması
     

Məhkum olub olmamaq haqqında arayışın alınması üçün tələb olunan sənədlər

internet səhifəsi (https://mia.gov.az/az/menu/29780/) vasitəsilə müraciət edərək əldə edə bilərsiniz.

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müvafiq arayışın Səfirliyin Konsulluq bölməsi vasitəsilə alınması üçün aşağıda qeyd olunan sənədlər, vətəndaşın Səfirliyin Konsulluq bölməsinə qəbul günlərində muraciəti, və ya poçtla və yaxud e-mail vasitəsilə təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
  3. Səfirliyin bank hesabına 10 ABŞ dolları (Ukrayna Milli Bankın ABŞ dollarının ödəniş gününə olan məzənnəsi ilə Qrivna ilə ödənir və Qrivnanın ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz. 
  4. Sənədin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, poçt xidmətləri sizin tərəfinizdən əlavə olaraq ödənilir.

Qeyd 1. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

Qeyd 2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur.

Qeyd 3. Yetkinlik yaşına çatmayana, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:

«ПУМБ» (Перший Український Міжнародний Банк)

Код ЄДРПОУ: 000000000

Код МФО: 334851

Р/р: 26007962497652

IBAN: UA123348510000026007962497652

-
Son yenilənmə tarixi: 01 fevral 2023

 

 Ailə vəziyyəti haqqında arayışın alınması üçün tələb olunan sənədlər 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
  3. Səfirliyin bank hesabına 10 ABŞ dolları (Ukrayna Milli Bankın ABŞ dollarının ödəniş gününə olan məzənnəsi ilə Qrivna ilə ödənir və Qrivnanın ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz. 
  4. Sənədin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, poçt xidmətləri sizin tərəfinizdən əlavə olaraq ödənilir.

Qeyd 1: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin (arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.

Qeyd 2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:

 

«ПУМБ» (Перший Український Міжнародний Банк)

Код ЄДРПОУ: 000000000

Код МФО: 334851

Р/р: 26007962497652

IBAN: UA123348510000026007962497652

 -

Son yenilənmə tarixi: 01 fevral 2023

   

Vətənə qayıdış şəhadətnaməsinin alınması üçün tələb olunan sənədlər 

  1. Ərizə
     
  2. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd;
     
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (Ukraynadakı vəziyyətlə bağlı 3 mart 2022-ci il tarixindən bu barədə növbəti elan verilənədək qayıdış şəhadətnaməsinə görə dövlət rüsumu tutulmur.);
     
  4. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil.

Qeyd: Səyahət sənədi olan qayıdış şəhadətnaməsini şəxsin özü və ya qanuni təmsilçisi mütləq qaydada konsulluq şöbəsindən təhvil almalıdır.

  

 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin  müəyyən edilməsi üçün tələb olunan sənədlər

  1. Sorğu vərəqi (Sorğu vərəqi)
     
  2. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
     
  3. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti.
     
  4. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri;
     
  5. Övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
     
  6. Şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
     
  7. Yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;
     
  8. Doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
     
  9. Pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
     
  10. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə);

 

Konsulluq uçotuna alınmaq üçün tələb olunan sənədlər

  1. Ərizə (Əlavə olunur)
     
  2. Ümumvətəndaş pasportu
     
  3. Yaşayış yerindən arayış
     
  4. Fotoşəkil - 2 ədəd (3x4 sm)

 

Doğum haqqında şəhadətnamənin alınması üçün tələb olunan sənədlər

  1. Valideynlərin ərizəsi
     
  2. Doğum yerindən arayış - əsli (Uşağın doğum tarixindən bir aydan artıq vaxt keçməmək şərti ilə)
     
  3. Nikah haqqında şəhadətnamə - əsli

 

Azərbaycan Respublikasının vətəndaşlığında imtina edilməsi üçün tələb olunan sənədlər 

  1. Azərbaycan Respublikası Prezidentinin adına Ərizə-Anket;
     
  2. Azərbaycan Respublikasındakı daimi yaşayış ünvanındakı qeydiyyatdan çıxması haqqında arayış;
     
  3. Şəxsin Ukrayna vətəndaşlığına qəbul ediləcəyi barədə məktub və ya digər sənəd;
     
  4. Pasport və doğum haqqında şəhadətnamənin surəti;
     
  5. Hərbi bilet və nikah haqqında şəhadətnamənin surəti; 
     
  6. Fotoşəkil - 3x4 sm
     
  7. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
     
  8. Yaşayış yerindən ailə vəziyyəti haqqında arayış;
     
  9. Əmək kitabçasının surəti;
     
  10. Yetkinlik yaşına çatmamış uşaqlar üçün ata və ana tərəfində notariat qaydada təsdiq edilmiş razılıq.

Qeyd: Bütün sənədlər beş nüsxədə hazırlanaraq təqdim olunmalıdır. Sənədlərin dörd nüsxəsi aidiyyəti üzrə təqdim olunur, bir nüsxə səfirlikdə saxlanılır.  

 

Vizanın alınması üçün tələb olunan sənədlər

  1. Ərizə-Anket (Əlavə olunur)
     
  2. Fotoşəkil 2 ədəd (3x4 sm)
     
  3. Pasport
     
  4. Vizanın rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq idarəsindən dəvət məktubu.
     
  5. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Arxiv üzrə axtarış