2020-09-30

Dmitri Kuleba: Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağda silahlı münaqişə tərəflərini qan tökməkdən çəkinməyə səsləyir.

Bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba sentyabrın 30-da keçirilən onlayn-brifinqdə bildirib.

Ukrayna XİN başçısı deyib: “Biz bu hadisələrin gedişini diqqətlə müşahidə edirik... Azərbaycanın Xarici İşlər naziri ilə mənim telefon danışığım olub. Bizim mövqeyimiz aşkardır. Hər bir müharibə ağrı-acı, qurbanlar, dağıntılar deməkdir və indi Qafqazda bu hadisələrin baş verməsinə görə ürəkdən təəssüflənirik”.

“Ukrayna xarici siyasətinin əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsidir. Azərbaycan bizim beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu prinsip bizim üçün əsla dəyişməz qalmaqdadır”, - deyə D.Kuleba bəyan edib.

Arxiv üzrə axtarış