2015-11-24

Müvəqqəti İşlər Vəkili Nazim Əliyev Fransanın Ukrayna Prezidenti Petro Poroşenkonun iştirakı ilə keçirilmiş "Zima v oqniİ" filminin nümayişində iştirak edib

21 noyabr 2015-ci il tarixində "Ukrayna" kinoteatrında Ukrayna Prezidenti Petro Poroşenkonun iştirakı ilə "Zima v oqni" filminin baxışı keçirilib. Baxışda Azərbaycan Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev də iştirak edib.

 Yevgeni Afinevskinin rejissoruluğu ilə çəkilmiş sənədli film 2013-2014-cü ilin qışında Kiyevdə və Ukraynada gedən hərəkatdan bəhs edir. Filmə hərəkat iştirakçıları ilə müsahibələr, hadisələrdən videolar və şərhlər daxil edilib. Filmin ilk göstərişi sentyabr ayında Venesiya festivalında baş tutub.

 Baxışdan sonra Petro Poroşenko filmin rejissorunu dövlət mükafatı olan İvan Mazepa xaçı ilə təltif edib. 

Arxiv üzrə axtarış