2016-09-12

Referendum

Əziz həmvətənlərimiz,

 

Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 26 iyul 2016-cı il tarixli 2241 nömrəli Sərəncam imzalanmışdır.

Bununla əlaqədar olaraq 26 sentyabr tarixində ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir.

Mərkəzi Seçki Komissiyasının Qərarı ilə Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədlə ( şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) Kiyev şəhəri, Qlibotcistkaya küçəsi 24 ünvanında yerləşən   Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyində təşkil edilmiş 17 saylı Yasamal 3-cü seçki dairəsinin 50 saylı seçki məntəqəsində cari ilin 26 sentyabr tarixində saat 8:00-dan 19:00-dək səs verə bilərlər.

Hörmətli Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşlarını,

Sizləri ümumxalq səsverməsində fəal iştirak etməyə dəvət edirik.  

Arxiv üzrə axtarış