2016-10-19

Azərbaycan səfiri Ukrayna Diplomatik Akademiyasında olub

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukrayna Xarici Işlər Nazirliyinin nəznində Diplomatik Akademiyasının rektoru Vyaçeslav Tsivatiy ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Akademiya ilə səfirlik arasında əməkdaşlıq imkanlarını, xüsusilə birgə tədbirlərin və sərgilərin keçirilməsini müzakirə ediblər. Eyni zamanda Azərbaycan Diplomatik Akademiyası və Ukrayna Diplomatik Akademiyası arasında münasibətlərin daha intensiv və geniş formatda, həmçinin birgə layihələrə əsaslanan əməkdaşlıq üzrə istiqamətləri müzakirə olunub.

A.Xudiyev Akademiyanın böyük zalında professor və müəllim heyətinin iştirakı ilə geniş tələbə auditoriyası qarşısında Regional Təhlükəsizlik məsələləri haqqında mühazirə ilə çıxış edib. Mühazirənin məzmunu aktual olduğu üçün auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Səfir eyni zamanda Azərbaycan-Ukrayna münasibətlərinin müasir vəziyyəti haqqında məlumat verərək, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

A.Xudiyev 2011-ci ildə uğurla bitirdiyi Ukrayna XİN yanında Ukrayna Diplomatik akademiyası ilə bağlı öz təəssüratlarını və xatirələrini tələbələrlə bölüşüb.

Arxiv üzrə axtarış