2016-12-12
Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbiri
Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib .
Ümummili lider Heydər Əliyevin parlaq xatirəsinə böyük ehtiram bəsləyən Ukraynanın dövlət və hökumət rəsmiləri,elm və mədəniyyət xadimləri, xarici diplomatik korpusların rəhbərləri və Azərbaycan diasporaunun fəalları Dahi Öndərin Kiyev şəhərindəki abidəsinin önünə tərçiçəklər qoymaqla ,onun ölməz dühasının qarşısında baş əyiblər.
Sonra Azərbaycanın Ukraynadakı səfirliyində “Heydər Əliyevin dövlət qruculuğu irsi” mövzusunda dəyirmi masa keçirilib.Tədbirə qatılanlar ilk öncə səfirliyin binasında yeni təmir olunmuş Heydər Əliyev muzeyi ilə tanış olublar. Belarus,Özbəkistan,Türkmənistan ,Qazaxistan,Türkiyə bə bir sıra ölkələrin Ukraynadakı səfirlərinin, və ali təhsil ocaqları rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycanın inkişaf edərək bölgədə lider,beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsində dahi Heydər Əliyev şəxsiyyətinin müstəsna rol oynadığını diqqətə çatdıran səfir, onun siyasi kursunun prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıb. Tədbirdə Ukrayna Tarix İnsitutunun direktoru Andrey Kudraçenko, Heydər Əliyev adına Kiyev Beynəlxalq Sosial Elmlər İnsitutunun direktoru,İvan Pidzyura , Özbəkistanın Ukraynadakı səfiri Alişir Abdullayev ,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digər şəxslər çıxış edərək Ulu Öndər Heydər Əliyevin tək Azərbaycan üçün deyil,o cümlədən ,bölgə dövlətləri və Ukrayna xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər . Bu gün bir çox ölkələrdə baş verən müharibə və vətəndaş qarşıdurmalarından söz açan natiqlər, dünyanın belə bir həssas və çətin dövrdə Heydər Əliyev siyasi irsinin elmi şəkildə öyrənilməsinin və tətbiq edilməsinin vacibliyini vurğulayıblar.
Ulu öndərin parlaq xatirəsinə işıq saçan dəyirmi masada bir fikir xüsusi vurğulanıbki,öz zəngin həyat fəlsəfəsi ilə dünyanın liderlik səlnaməsinə əbədi imza atan Heydər Əliyev dühası əslər böyu müdriklik təcəssümü kimi xatırlanacaq
Sonra Çaykovsk adına Ukrayna Milli Musiqi Akademiyasının böyük zalında Ulu Öndərin xatirəsinə həsr olunmuş Sinkonik –Muğam gecəsi keçirilib. Xatirə gecəsində çıxış dən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev,Ukrayna milli Musiqi Akademiyasının direktoru Vladimir Rajok və Azərbaycan Dövlət Musiqi Akademiyasının direktoru Fərhad Bədəlbəyli çıxış edərək Ulu öndər Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan bəhs ediblər.
Anaım tədbiri xalq artisti Yalçın Adıgözəlovun drijorluğu,tanınmış tarzan Sahib Paşazadə və gənc muğam ifaçısı Rəvan İsmayılovun və Ukrayna sinfonik arkestrinin birgə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdikləri sinfonik-muğam gecəsi ilə başa çatıb .