2017-01-01

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları ümummili lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə toplaşaraq, Dünya Azərbaycanlılarının Həmrəylik gününü orada qeyd ediblər

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları ümummili lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə toplaşaraq, Dünya Azərbaycanlılarının Həmrəylik gününü orada qeyd ediblər.Gənclər Heydər Əliyev parkında yanan şamlarla Ulu Öndər + Həmrəylik sözünü yazmaqla,birlik və həmrəyliklərini nümayiş etdiriblər.Tədbirə qatılanları dünya Azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev,dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşlarımızın Azərbaycanın dövlətçilik məvkurəsi ətrafında birləşməsində Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb.Səfir,ölkəmizin inkişaf edərək bölgədə lider,beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini qeyd edərək, xalqımızın milli,mənəvi dəyərlərinin qorunub yaşadılmasında hər bir Azərbaycanlının ,xüsusəndə gənclərimizin üzərinə düşən tarixi missiyadan söz açıb.Bu istiqamətdə səmərəli fəaliyyət göstərən Ukrayna Azərbaycanlı Gənclər birliyinin fəallarına minnətdarlığını bildirib.
Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva çıxış edərək, həmrəylik gününün tarixi əhəmiyyətindən bəhs edib., Müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirmiş Heydər Əliyev şəxsiyyətinin dünya duruqca xalqımızın qəlbində yaşayacağını vurğulayıb.
Sonra Ukraynanın xalq artisti ,Müslüm Maqamayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov Heydər Əliyev parkında bəzədilmiş yeni il yolkasının ətrafında şən və həzin mahnılar ifa etməklə tədbirə qatılanlara xoş əhval ruhiyyə bəxş edib.Gənclər Azərbaycan mahnısının sədaları altında havaya rəngarəng yanan şarlar buraxıblar. 
Tədbir havanın 10 dərəcə şaxta olmasına baxmayaraq, gecə saatlarına qədər davam edib.

Arxiv üzrə axtarış