2017-01-20
Kiyev şəhərində “20 yanvar Azərbaycanın qəhrəmanlıq səlnaməsidir “ mövzusunda dəyirmi masa keçirilib.
Kiyev şəhərində “20 yanvar Azərbaycanın qəhrəmanlıq səlnaməsidir “ mövzusunda dəyirmi masa keçirilib.Azərbaycanın Ukraynadakı səfirliyinin,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukrayna Milli İnformasiya Agentliyində 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş dəyirmi masa və mətbuat konfransı keçirilib. Ukraynanın dövlət və hökumət rəsmilərinin,ali rada deputatlarının ,diaspora və media təmsilçilərinin iştirak etdiyi tədbir feyzbuk və Ukrinform-internet televiziya kanalı tərəfindən canlı yayımlanıb.Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, 1990-cı iı yanvar ayının 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirtdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. 20 yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsi adlandıran səfir, o zaman üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummili lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək başda Mixail Qarbaçov olmaqla keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb.Qeyd edibki ,20 yanvar faciəsi sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenarisi əsasında həyata keçirilib.Tədbir iştirakçılarının diqqətini son iki əsrdə ermənilərin Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirtdiyi soyqırım və işğalçılıq siyasətinə yönəldən diplomat, 20 yanvar faciəsinində erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib.Mövzunu davam etdirən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər etmiş qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu,onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb . Anım mərasimində Ukrayna parlamentinin deputatları Maksim Kuryaçiy,Georqi Loqviniski, Oleq Barna , Ukraynanın xalq rəssamı rəfael Musatov ,Ukrayna Mədəniyyət nazirliyinin rəsmi nümayəndəsi Mixail Podyuk,professor Arif Quliyev ,Ukraynanın xalq artisti Qurban Abbasov ,İşıq cəmiyyətinin sədri Əbülfəz Qasımov və digər şəxslər çıxış edərək, tarix boyu Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizə tarixindən bəhs ediblər.Aradan 27 il ötməsinə baxmayaraq 20 yanvar faciəsində bir başa əli olan Mixail Qarbaçov və o zamankı sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmamasını tarixi ədalətsizlik kimi dəyərləndiriblər. .Sonra tədbirə qatılanlar 20 yanvar faciəsini özündə əks etdirən sənədli filmə baxmaqla totalitar sovet hakimiyyətinin ölkəmizdə törətdiyi vəhşiliklərlə taniş oldular. Onuda qeyd edəkki, son 3 gündə Ukraynanın aparıcı televiziya kanalları,qəzet və nüfuzli KİV-ri öz buraxılışlarında 20 yanvar fasiəsi ilə bağlı
xüsusi reportajlar yayımlayıblar .
xüsusi reportajlar yayımlayıblar .