Xarkov şəhərində Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən tədbirdə Xarkov Vilayət admnistrasiyasinın nümayəndələri,Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları,nüfuzlu ali təhsil ocaqlarının rektorları,elm və mədəniyyət xadimləri ,diaspora və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.
Xocalı soyqrımına hüquqi siyasi qiymət verməyən ölkələr tarix qarşısında bu cinayəti törədənlər qədər məsuliyyət daşıyacaq.Anım mərasimində fikrinə bu sözlərlə giriş verən Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov 25 il bundan öncə erməni silahli birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız soyqrım siyasətindən bəhs edib .Son illər Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kompaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb
Sonra tədbirə qatılanlar Heydər Əliyev fondu tərəfindən hazırlanmış Qarabağ həqiqətləri filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərlə tanış olublar.Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlik faşizm nümunəsi adlandıran Xarkov Milli daxili İşlər Universitetinin rektoru Valeri Sokurenko,Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov,Xarkov şəhərindəki Dostluq cəmiyyətinin sədri Murad Ömərov,Ukrayna Dövlət Nəqliyyat və Dəmiryolu Universitetinin rektoru Sergey Pançenko,Albaniyanın Xarkov şəhərindəki fəxri konsulu Şahin Ömərov və digər şəxslər belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıb.
Anım mərasimində tədqiqatçı jurnalist Elşad Eyvazlının Ukrayna dilinə tərcümə olunmuş "Böyüməyən uşaqlar” kitabı tədbir iştirakşilarına təqdim olunub. Xocalıda hər iki valideyinini itirmiş uşaqların acı xatirələrindən bəhs edən kitab erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında dəyərli əyani vəsait kimi qiymətləndirilib. Qeyd olunub ki, Xarkovdakı Azərbaycan Ukrayna dostluq cəmiyyətinin sdəri Murad Ömərovun təşəbbüsü ilə Ukrayna dilinə tərcümə olunan kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş 25 uşağın ürəkdağlayan xatirələrindən bəhs edir.
Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidməti.