2017-02-25

Kiyev şəhərində Xocalıya ədalət kimpaniyası çərçivəsində “Sonsuz dəhliz” filmi nümayiş olunub

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Sonsuz dəhliz” sənədli filmi Kiyev Kinoteatrında nümayiş etdirilib. Tədbirə qatılanlar ilk öncə kinoteatrın foyesində təşkil olunmuş  Xocalı soyqrımı abidə maketinin qarşısına tər çiçəklər qoymaqla,faciə  qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.Ukraynanın dövlət və hökumət rəsmilərinin,diplomatik korpus nümayəndələrinin,parlament təmsilçilərinin diaspora fəallarının və media qrumlarının iştirak etdiyi tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev şıxış edərək 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində uşaqlara,qadınlara və  yaşlı insanlara qarşı həyata keçirdikləri işgəncə və qəddarlıqlardan söz açıb.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərın,erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığınıqeyd edib.Litvalı kinoşünas Aleksandras Brokasın rejissorluğu və Xocalı soyqrımının şahidi olan tanınmış jurnalist  Riçard Lapaitisinin  xatirələri əsasında çəkilmiş Sonsuz Dəhliz filmi haqqında məlumat verən səfir,filmdə Xocalıya dair indiyədək bilinməyən faktların,vaxtilə çəkilmiş video və fotoların tarixi gerçəklikləri özündə əks etdirdiyini vurğulayıb.

  Sonra tədbirə qatılanlar Sonsuz Dəhliz filminə baxmaqla,ermənilərin qarabağda və Xocalıda törətdikləri vəhşiliklərlə tanış olublar.Tədbirdə həmçinin gənc rəssam və şairə Darya Yevduxovanın Xocalı soyqrımına həsr etdiyi şer və rəsm əsərinin əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.        Tədbirdə çıxış edən Darya Yevduxova Xocalı faciəsi ilə tanış olduqdan sonra, bu ağır qətliam haqqda bir şer yazdığını və ona uyğun olaraq bir portret yaratdığını diqqətə çatdırıb.Yaradıcılığına əsasən bir videoçarx hazırlamaqla  Xocalıda uşaqlara və qadınlara  edilən vəhşiliklərə etirazını bu cürə bildirdiyini diqqətə çatdırıb.https://youtu.be/P9smD5kOAuA

  Tədbirdə Xocalı şəhərindən olan Sadiq Bilalov,o müdhiş gecənin şahiditək 1992-ci ildə ermənilərin qohumlarına,doğmalarına və yerli əhalıyə qarşı  törətdikləri işgəncə və qəddarlıqlardan söz açıb.Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Xocalı şəhərində baş verən qəddarlıq aktında bir başa əli olan Serj Sarkisyan və indiki ermənistan hakimiyyətinin beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyindən söz açıb.

     Tədbirdə Heydər Əliyev fondu tərəfindən dərc olunmuş Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar və “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filminin diskləri mərasim iştirakçılarına təqdim edilib. Ukraynanın  aparıcı televiziya və Kütləvi informasiya vasitələri Xocalı soyqrımı ilə bağlı xüsusi reportajlar yayımlayıblar.Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyev şəhərinin mərkəzi küçə və meydanlarında ,Aeroport  yolunda  fevral ayının 25-dən sonunadək Xocalıya ədalət Biq-Bortları yerləşdirilib .

 Azərbaycan səfirliyinin mətbuat xidməti. 

Arxiv üzrə axtarış